Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
27.10.2020

Akademik Ramiz Mehdiyevin Qarabağ həqiqətlərilə bağlı məqaləsi dünya erməniliyinin mərkəzlərindən biri olan Livanda tanınmış “Əl-Məyadin” telekanalının rəsmi saytında nəşr edilmişdir

25 oktyabr 2020-ci il tarixində AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin «Əcnəbi oxucunun diqqətinə Qarabağ həqiqətləri» adlı məqaləsi Livanın tanınmış “əl-Məyadin” telekanalının rəsmi saytında dərc edilmişdir.

Məqalədə müəllif Qarabağ tarixinin bütün dövrlərini xronoloji qaydada təhlil etmişdir. Qarabağın zəngin arxeologiyası haqqında bəhs edilən giriş hissəsindən sonra akademik bölgənin Qafqaz Albaniyası və Ərəb xilafəti dövründəki tarixinə geniş diqqət ayırmış, tanınmış xarici və azərbaycanlı alimlərin tədqiqatları əsasında uydurma erməni iddialarına münasibət bildirmişdir. Xristianlıq pərdəsi altında qədim alban irsinin mənimsənərək bütün dünyaya yanlış olaraq erməni tarixinin bir parçası kimi təqdim edilməsi məsələsi üzərində xüsusilə dayanan AMEA prezidenti ərəbdilli oxucuları bu təbliğata uymamağa çağırır.

Məqalənin digər bir qismində isə akademik Ramiz Mehdiyev Qarabağın mədəni mərkəzi olan Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin və elminin tarixində oynadığı müstəsna rola toxunmuş, bu şəhərin yetişdirdiyi görkəmli şəxsiyyətlər haqqında məlumat vermişdir.

Yekunda isə müəllif Qarabağın hətta sovet dövründə belə Azərbaycanın tərkibində olduğunu və dünya birliyi tərəfindən yekdilliklə Azərbaycanın ayrılmaz parçası kimi qəbul edildiyini xatırladaraq erməni işğalına və iddialarına son qoyulması üçün çağırış edir.

Məlumat üçün qeyd olunmalıdır ki, “əl-Məyadin” telekanalı Livanın Beyrut şəhərində yerləşir. “əl-Məyadin” ərəb dünyasında yayımlanan "əl-Cəzirə", "BBC News Arabic", "əl-Ərəbiyyə” və "Sky News Arabia" birlikdə 5 ən böyük televiziya kanalından biri hesab olunur. Kanalın 500-dən çox əməkdaşı və dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən geniş müxbir şəbəkəsi var. “əl-Məyadin” kanalı ərəb ölkələrinin hamısında sərbəst şəkildə yayımlanmaqdadır.

AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin Qarabağla bağlı məqaləsinin belə bir nüfuzlu informasiya resursunda dərc edilməsi, tarixi həqiqətlərin çoxmilyonluq ərəb dünyasına çatdırılması baxımından böyük əhəmiyyətə malikdir.

Oxucular buradan məqalənin mətni ilə tanış ola bilərlər.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.