Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
27.10.2020

Ermənistan tərəfindən Azıx mağarasında qanunsuz qazıntı işləri aparılıb, eksponatlar talan edilib

Otuz il ərzində təkcə torpaqlarımız deyil, həm də o ərazilərdə maddi mədəniyyət abidələrimiz işğal altında olub. Bu gün o ərazilər kənd-kənd, şəhər-şəhər, rayon-rayon işğaldan azad edildikcə biz erməni vandalizminin gerçək sifəti ilə üz-üzə qalırıq. Erməni işğalçıları bu torpaqlarda nəinki həyatı, həm də bütün insan izlərini yer üzündən silmək üçün əllərindən gələni ediblər, evlər sökülüb, ağaclar kəsilib, abidələr yerlə-yeksan olunub. Halbuki həm dağlıq, həm də aran Qarabağ dünyanın ən qədim yaşayış məskənlərindən biri olmaqla, dünya, region və yerli əhəmiyyətli çoxlu abidələrlə zəngindir.

Bu fikirləri AMEA-nın Folklor İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əziz Ələkbərli söyləyib. O deyib: “İşğaldan azad edilmiş ərazilərdəki abidələrimizi təyinatına görə üç qrupa bölə bilərik: dini abidələr, hərbi abidələr, mülki abidələr.

Lakin bütün bu abidələrin hamısının sələfi qədim yaşayış məskənləridir. Cənubi Qafqaz ən qədim insan məskənlərindən biri olduğu üçün burada belə məskənlər kifayət qədərdir. Dağlıq və aran Qarabağ bu sırada öndə dayanır.

Ağdam rayonu ərazisində Üçoğlantəpə adlanan yerdə e. ə. VI-IV minilliklərə aid yaşayış məskəni, e. ə. II minilliyə aid Leylatəpə və Üzərliktəpə yaşayış məskənləri, Sarıçoban kəndi yaxınlığında e.ə. XIX-XIII yüzillərə aid möhtəşəm kurqan və s. buna əyani misaldır.

Lakin bunların hamısının başında Xocavənd rayonu ərazisində yerləşən Qədim Daş (Paleolit) dövrünə aid olan Azıx və Tağlar mağaraları, Kəlbəcər rayonunun Zar kəndi yaxınlığındakı Zar mağarası durur ki, hər üçü dünya mədəniyyətinin unikal nümunələridir. Xatırladırıq ki, Qədim Daş (Paleolit) dövrü ilk insan tipinin yaranmasından, yəni təxminən 2,6-2,5 milyon il əvvəldən təxminən 12-10 min il əvvələ – əkinçiliyin başlamasına qədər olan dövrü əhatə edir.

Qarabağın Quruçay dərəsində, Tuğ çökəkliyində, Quruçay çayının sol sahilində, Xocavənd rayonunun Azıx və Salaketin kəndləri arasında, dəniz səviyyəsindən 900 metr hündürlükdə yerləşən Azıx mağara kompleksi təxminən 800 kvadratkilometr ərazini əhatə edir. Bəzilərinin hündürlüyünün 20-25 metrə çatdığı 8 dəhlizdən ibarət olan mağara 600 metr uzunluğundadır.

Xocavənd rayonunun Böyük Tağlar kəndi ərazisində, yenə də Quruçay çayının sol sahilində yerləşən Tağlar mağarasında isə 90 milyon il bundan əvvəldən 35 milyon il əvvələ qədər yaşayış olduğu müəyyən edilib. Burada da Daş dövrünə aid çoxlu nümunələr aşkarlanıb.

Zar mağarası düşərgəsi isə Kəlbəcər rayonunun Zar kəndinin qərb tərəfində yerləşir. Bu mağaranın sakinləri ilə Tağlar mağarasının sakinləri arasında əlaqələrin olduğu müəyyən edilib.

Yeri gəlmişkən, 2002-ci ildən etibarən işğalçı Ermənistan dövlətinin təşkilatçılığı ilə Azıx mağarasına İngiltərə, İrlandiya, İtaliya və İspaniyadan arxeoloqlar cəlb edilərək burada qanunsuz qazıntı işləri aparılıb, ələ keçirilən 300-350 min il əvvələ aid eksponatlar talan edilib, Ermənistana, Avropa ölkələrinin muzeylərinə daşınıb.

Bu gün Azərbaycanın tam haqqı var ki, torpaqlarımız işğaldan azad edildikdən sonra müvafiq beynəlxalq elmi komissiya yaradılsın, Azıx mağarasına, digər abidələrimizə vurulmuş maddi və mənəvi ziyan müəyyən edilsin, buna görə Ermənistan dövləti və bu prosesdə iştirak edən ölkə və ya qurumlar beynəlxalq məhkəməyə verilsin və abidələrdən aparılmış eksponatların və ya nümunələrin geri qaytarılması tələb və təmin edilsin.

“AzərTac”

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.