Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
19.10.2020

Akademik Muxtar İmanovun moderatorluğu ilə ADU-da ”Müstəqilliyimiz gələcəyimizdir” adlı konfrans keçirilib

Oktyabrın 18-də Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan Dillər Universitetinin filologiya fakültəsinin təşkilatçılığı ilə “Müstəqilliyimiz gələcəyimizdir” adlı onlayın konfras keçirilib.
Konfransı giriş sözü ilə Universitetin Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, AMEA Folklor İnsititutunun direktoru, akademik Muxtar İmanov açaraq, tədbir iştirakçılarını bu şanlı bayram – Azərbaycanın dövlət müstəqilliyinin 29-cu ildönümü münasibətilə təbrik edib. O, Azərbaycanın dövlət müstəqilliyini yenidən bərpa etmək yolunda xalqımızın verdiyi mücadilədən, müstəqilliyin ilk günündən qarşılaşdığımız erməni terrorunun acı nəticələrindən söz açıb. Akademik daha sonra Milli Məclisdə 1991-ci il oktyabrın 18-də “Dövlət Müstəqilliyi haqqında konstitusiya aktı”nın qəbul olunmasından danışıb və bildirib ki, erməni işğalçıları yenicə qazandığımız müstəqilliyi hər vasitə ilə sarsıtmaq, xalqımızın iradəsini qırmaq istəyirdilər. Həmin illərdə yenidən hakimiyyətə gələn Ulu Öndər Heydər Əliyev müstəqilliyimizin qorunması üçün mühüm işlər görüb. Akademik Heydər Əliyevin müstəqillik haqqında məşhur kəlamını xatırladıb: “Müstəqilliyi əldə etmək nə qədər çətindirsə, onu qoruyub saxlamaq da bir o qədər çətindir!”


Çıxışçı Ümummilli lider Heydər Əliyevin siyasi varisi, Prezident İlham Əliyevin Azərbaycanın inkişafı üçün geniş islahatlar apardığını və müdrik qərarları ilə xalqımıza xidmət etdiyini vurğulayıb. O, son günlər şanlı ordumuzun 30 il düşmən işğalında olan Vətən torpaqlarının azad ediıməsi yolunda göstərdiyi misilsiz şücaətindən söz açıb: “Bu gün rəşadətli Azərbaycan ordusu dünya miqyasında ən güclü ordulardan birinə çevrilib. Onun düşmənə endirdiyi öldürücü zərbələr müasir hərb elminin ən son uğurlarına əsaslanır. Təsadüfi deyil ki, inkişaf etmiş ölkələr də ordumuzun uğurlarını heyranlıqla izləyir və ondan öyrənməyi düşünürlər.”
M.İmanov müzəffər ordumuzun bu ardıcıl qələbələri ilə müstəqillik tariximizdə yeni səhifə açdığını konfrans iştirakçılarının diqqətinə çatdırıb. O, Ali Baş Komandanın rəhbərliyilə ordumuzun Azərbaycanın ərazi bütovlüyünü tam təmin edəcəyi günün uzaqda olmadığını bildirib.


Daha sonra konfransda Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, fil.f.d., prof. əvəzi Ülfət İbrahimin fransız dilində “Müstəqilliyə gedən yol və Qarabağ münaqişəsi” (“Le chemin menant à l'indépendance et le conflit autour de la région de Karabagh”), filologiya fakültəsinin IV kurs tələbəsi Səmra Novruzovanın ingilis dilində “Azərbaycanın əbədi müstəqilliyi” (“Eternal independence of Azerbaijan”), filologiya fakültəsi II kurs tələbəsi Sənan Cabbarlının ispan dilində “Müstəqilliyin 29-cu ildönümünün gətirdiyi sevinc” (“Vigésimo noveno aniversario de la independencia ha traído alegre”) və filologiya fakültəsi II kurs tələbəsi Elşən Hüseynlinin “Ölkəmizin qan bahasına qazandığı Müstəqilliyi!” adlı məruzələri dinlənilib.
Bundan başqa fakültənin dekanı, professor Şahin Xəlilli və virtual jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlı mövzu ilə bağlı fikirlərini bildiriblər.
Akademik Muxtar İmanov məruzələri və səslənən fikirləri ümumiləşdirərək konfransı yekunlaşdırıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.