Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
11.09.2020

“Azərbaycan mədəniyyətində akkulturasiya və folklor”

Filologiya üzrə fəlsəfə doktoru, dosent Sərxan Xavərinin “Azərbaycan mədəniyyətində akkulturasiya və folklor” adlı kitabı nəşr olunmuşdur. Kitabda Azərbaycan milli mədəniyyət sistemində akkulturasiya (yad mədəniyyətlə fasiləsiz kontakt situasiyasında milli mədəniyyətin seçim strategiyası) və folklor münasibətlərinin tipoloji özəlliklərindən bəhs edilir. Azərbaycan milli mədəniyyətinin müxtəlif mərhələlərində, xüsusən son iki yüz illik dövrdə Qərb mədəniyyəti ilə təmasının doğurduğu kulturoloji təbəddülatlar, folklorun bu proseslərdə etnointeqrativ funksionallığı, müxtəlif mədəniyyət nümunələrinin formalaşmasında rolu və s. diqqət mərkəzinə gətirilmişdir. Müəllif tərəfindən belə bir fikir irəli sürülmüşdür ki, Azərbaycan mədəniyyətinin etnik-mədəni sistem olaraq dəqiq modelini bütün parametrlər üzrə (geneoloji, tarixi, kulturoloji, sosioloji, ideoloji, hətta teoloji) müəyyənləşdirmək üçün onun digər mədəni sistemlərlə kontakt məqamları üzərində xüsusilə dayanmaq lazımdır. Çünki istənilən mədəniyyətin sistem bütövlüyü və bu bütövlüyü şərtləndirən etnokulturoloji xüsusiyyətlər (mədəni sistemin müəyyənlik keyfiyyəti) adi halda olduğundan daha çox, yad mədəniyyətlərlə aktiv təmas məqamlarında daha qabarıq özünü göstərir.

Kitabda “Azərbaycan folkloru funksional struktur sistemi kimi: akkultural-tipoloji kontekst”, “Azərbaycan milli mədəniyyəti kulturoloji sistem kimi”, “Azərbaycan mədəni məkanında akkulturasiya və folklorun etnointeqrativ funksionallığı”, “Milli tarixin taleyüklü akkultural situasiyaları və folklor” kimi elmi problemlərdən bəhs edilmiş, aşağıda qeyd olunan elmi suallara cavab axtarılmışdır:
Etnosistemin tarixi inkişaf prosesində formalaşdırdığı milli mədəniyyət digər mədəniyyətlərlə intensiv təmas situasiyasında hansı sosial-mədəni və mənəvi-psixoloji təbəddülatları keçirir?
Bu təbəddülatlar nəticəsində etnokulturoloji sistem hansı yeni keyfiyyətlər kəsb edir?
Qazanılan yeni mədəni keyfiyyətlə milli mövcudluq arasındakı qarşılıqlı şərtlənmə nə səviyyədədir?
Akkultural situasiyada folklorun milli mədəniyyət sistemində əsas tənzimləyici parametr kimi iştirakı nədən ibarətdir?
Folklorun akkultural situasiyalarda milli mədəni sistem bütövlüyünü funksional mexanizmlər vasitəsilə reallaşdırmasını nəzərə alaraq, xalq mədəniyyətinin müxtəlif mətn tiplərinin funksional semantikası ilə bağlı bir sıra araşdırmalar da kitaba daxil edilmişdir.
Kitab akademik elmi dairə, ali təhsil müəssisələrinin tələbələri, o cümlədən, folklorşünaslıq, mədəniyyətşünaslıq, sosiologiya və s. kimi sahələrin mütəxəssisləri üçün nəzərdə tutulmuşdur.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.