Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
17.08.2020

“Ululu Kərim” kitabı çapdan çıxıb

AMEA-nın Folklor İnstitutunun əməkdaşı, sənətşünaslıq üzrə fəlsəfə doktoru Bənövşə Rzayevanın “Ululu Kərim (həyatı, yaradıcılığı və əsərləri)” kitabı işıq üzü görüb.

Nəşrin redaktoru və “Ön söz”ün müəllifi filologiya üzrə elmlər doktoru, professor Mahmud Allahmanlıdır.

B.Rzayeva Ordubad, Şahbuz, Culfa, Şərur bölgələrini gəzərək, Ululu Kərimlə bağlı bilgiləri, yaddaşlarda yaşanan poetik örnəkləri toplayıb. O, bu nümunələrin yaranması haqqında əhvalatları da yazıya alıb, daha doğrusu, həmin çeşidli folklor örnəklərinin yaranma səbəbinə aydınlıq gətirib. Təxminən bir neçə şeirlə yaddaşlarda yaşayan sənətkarın altı bayatısı, beş gəraylısı, otuz beş qoşması, üç bağlaması, bir vücudnaməsi, üç divanisi kitabda yer alıb.

Kitabda bildirilir ki, İrəvan, Dərələyəz, Dərəçiçək, Naxçıvan, Göyçə aşıq mühitlərinin zəngin ənənələrinə bağlı olan Ululu Kərim fitri istedadı ilə aşıq yaradıcılığına əvəzsiz töhfələr verib. Onun yaratdığı bayatı, gəraylı, qoşma, bağlama, divani və s. örnəklər yüksək sənət nümunəsi təsiri bağışlayır. Naxçıvan aşıq mühitinin zənginliyində Ululu Kərimin el şairi kimi mühüm rolu olub. Onun sənətkarlıq etibarilə bir-birindən mükəmməl poetik örnəkləri və ustadnamələri buna nümunədir.

Müəllifin həm tədqiqatçılıq, həm də material toplama bacarığı sayəsində ərsəyə gələn nəşr Naxçıvan aşıq mühiti və bütövlükdə Azərbaycan aşıq sənətində Ululu Kərimin yeri haqqında dolğun təsəvvür formalaşdırır. Bütün bunlar sonrakı araşdırmalar üçün imkanlar yaradır və daha sistemli təhlillərin aparılmasını zərurət kimi qarşıya qoyur.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.