Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
15.05.2020

PLAN İŞLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNİN VƏZİYYƏTİ MÜZAKİRƏ EDİLMİŞDİR

AMEA-nın Folklor İnstitutunun folklor və yazılı ədəbiyyat şöbəsinin onlayn iclası keçirilib.

İclasda plan işlərinin yerinə yetirilməsinin vəziyyəti müzakirə edilib. Şöbə müdiri, AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi Kamran Əliyev qeyd edib ki, əməkdaşların apardığı elmi-tədqiqatlar daha çox kollektiv iş səciyyəsi daşıyır. Məhz bunun nəticəsidir ki, müxtəlif vaxtlarda “Folklor və yazılı ədəbiyyat” kitabının 2 cildi hazırlanıb və nəşr edilib. Əməkdaşların cari ildə apardıqları tədqiqat işləri də folklor və yazılı ədəbiyyatın qarşılıqlı əlaqələrinin strukturu və semantikası istiqamətinə yönəldilib.

Sonra şöbə əməkdaşları gördükləri işlər barədə məlumat veriblər.

İclasda “Möcüzəli doğuluş motivi (Oğuz və Kelt folkloru əsasında)”, “Bədii əsərin süjet quruluşunda magik obrazlar” və “Azərbaycan qırğız nəsrində mifoloji motivlərdən istifadənin forma və üsulları” adlı tədqiqatlarda əldə edilən materiallardan, onların ümumiləşdirilməsindən, ilkin nəticə kimi meydana çıxan tezislərdən danışılıb.

Qeyd edilib ki, “Almaz İldırım yaradıcılığının folklor qaynaqları”, “Məmməd İsmayıl və folklor”, “Əli Kərim yaradıcılığında folklor motivləri” və “Folklorun Musa Yaqub yaradıcılığının poetikasına təsiri” mövzusunda tədqiqatlar müasir elmi-nəzəri tələblərə cavab vermək səviyyəsindədir. Eyni zamanda, həmin araşdırmalar Azərbaycan poeziyasının folklorla əlaqələrinin tarixi barədə müəyyən qənaətlər əldə etməyə imkan verəcək.

Sonda şöbə əməkdaşlarının aparılmış tədqiqatlarla bağlı məqalələr hazırlayıb dərc olunmaq üçün mətbuat orqanlarına göndərmələri qərara alınıb. Həmçinin “Əzizə Cəfərzadə və folklor”, “Çağdaş Azərbaycan nəsrində mifologizm” monoqrafiyalarının çapa göndərilməsi məqsədəmüvafiq hesab edilib.

 

Ə

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.