Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
09.05.2020

Azərbaycanlı alimlər onlayn beynəlxalq konfransda məruzə ediblər

AMEA-nın Folklor İnstitutunun “Dədə Qorqud” şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor Ramazan Qafarlı və Qafqazşünaslıq İnstitutunun Ermənişünaslıq şöbəsinin müdiri, tarix elmləri doktoru Qasım Hacıyev Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqatlar İnstitutunun (IKSAD) təşkil etdiyi növbəti onlayn elmi konfransda məruzə ilə çıxış ediblər.

Folklor İnstitutundan AZƏRTAC-a bildirilib ki, konfransda Q.Hacıyevin “Cənubi Qafqaz xalqlarına, türklərə qarşı erməni terroru, soyqırımları və Cənubi Qafqazda erməni hərəkatı” adlı məruzəsi dinlənilib. R.Qafarlı “Türk dastanlarının dünya mədəniyyətinin inkişafında rolu və əhəmiyyəti” mövzusunda məruzəsində dünya xalqlarının epik düşüncəsinin formalaşmasında 3 min illik tarixi yol keçən Azərbaycan-türk dastanlarının rolunu göstərib. “Ərgənəqon”, “Oğuz xaqan”, “Dədə Qorqud”, “Koroğlu”, “Əsli və Kərəm” dastanlarının spesifik xüsusiyyətlərindən danışıb, dünya xalqlarının “İliada”, “Odisseya”, “Mahabharata”, “Ramayana”, “Beovulf”, “Robin Qud”, “Kalavela”, “İqor polku haqqında nəğmə” kimi epik əsərləri ilə qədim türk dastanlarının müqayisəsini apararaq, onların oxşar və fərqli xüsusiyyətlərini göstərib.

Xatırladaq ki, IKSAD-ın təşkil etdiyi silsilə elmi konfranslar 10 gündür davam edir. Onlayn konfransda hər gün bir türk dövlətinin nümayəndəsinin, aliminin aktual mövzularda elmi məruzəsi dinlənilir və geniş müzakirə olunur. Konfransda indiyədək Türkiyə, Orta Asiya ölkələri və Azərbaycandan ümumilikdə 10 alimin məruzəsi dinlənilib. Beynəlxalq konfrans görkəmli alim Həsən Çiftçinin moderatorluğu ilə hər axşam 40-70 nəfərin iştirakı ilə saat yarım canlı olaraq davam edir. Məruzələr sonra sosial şəbəkədə video şəklində yerləşdirilir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.