Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
09.05.2020

Akademik Muxtar İmanovun moderatorluğu ilə “Heydər Əliyev və dil siyasəti” mövzusunda onlayn konfrans keçirilib

Mayın 8-də Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümü münasibətilə “Heydər Əliyev və dil siyasəti” mövzusunda onlayn konfrans keçirilib.

Konfransı giriş sözü ilə AMEA-nın Folklor İnsititutunun direktoru, ADU-nun Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov açıb. Alim çıxışında ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi dövrlərdə Azərbaycan dilinin dövlət dili səviyyəsinə qaldırılması, qorunması və inkişaf etdirilməsi istiqamətində gördüyü işlərdən danışıb. Bildirib ki, görkəmli dövlət xadimi hər zaman Azərbaycan dilini milli-mənəvi dəyərlər sistemimizin əsası, bünövrəsi hesab edib və Heydər Əliyevin düşüncəsində ana dili azərbaycançılıq məfkurəsinin əsas prinsiplərindən biri olub. Dahi liderin nəzərində dünya azərbaycanlılarının həmrəyliyinin ən böyük amili doğma ana dili idi.

Muxtar İmanov əlavə edib ki, milli-mənəvi dəyərlər, milli mentalitet Heydər Əliyevin təfəkküründə bəşəri dəyərlərin əsas tərkib hissəsi olub: "Bu dildə yaranan qiymətli əsərlər Azərbaycan xalqının milli sərvəti olduğu kimi, dünya xalqlarının da sərvətidir. Bu baxımdan Heydər Əliyevin sovet dönəmində Azərbaycana rəhbərlik etdiyi çağlarda dilimizin inkişafı ilə bağlı gördüyü işlər diqqəti cəlb edir. 1974-cü ildə ali məktəblər üçün “Müasir Azərbaycan dili” dərslikləri çap olundu və həmin dərsliklər Dövlət Mükafatına layiq görüldü. 1978-ci ildə isə Konsitutusiyada Heydər Əliyevin səyi nəticəsində Azərbaycan dili Azərbaycan Sovet Sosialist Respublikasının dövlət dili kimi təsbit edildi".

Məruzəçi müstəqilliyimizin bərpasından sonra Azərbaycan dilinin qloballaşma dövrünün mənfi təsirlərindən qorunması və inkişaf etdirilməsi istiqamətində ulu öndər Heydər Əliyevin əvəzedilməz xidmətlərindən də danışıb. Bildirib ki, dahi rəhbərin 2001-ci il iyunun 18-də imzaladığı “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında”, həmin il avqustun 9-da imzaladığı “Azərbaycan əlifbası və Azərbaycan dili gününün təsis edilməsi haqqında” Fərmanlar olduqca əhəmiyyətlidir.

Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin müdrik siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dilimizə, mədəniyyətimizə daim böyük diqqət və qayğı göstərən dövlətimizin başçısı İlham Əliyev bu sahələrin inkişafı ilə bağlı mühüm sənədlər imzalayıb.

Daha sonra ADU-nun dosenti Aytən Hacıyevanın “Heydər Əliyev: dil və mədəniyyət”, Xarici dillərin tədrisi metodikası kafedrasının müəllimi, fil.ü.f.d. Yaşar Nuriyevin “Heydər Əliyev və dövlət dili”, Filologiya fakültəsinin IV kurs tələbəsi Kəmalə Həsənovanın “Heydər Əliyevin nitqində mürəkkəb cümlə modelləri“, I kurs tələbəsi Elşən Hüseynlinin “Heydər Əliyevin dövlətçilik təlimində ədəbiyyat faktoru”, həmçinin fakültənin III kurs tələbələri Dünya Əhmədovanın “Heydər Əliyevin Azərbaycan dilinin qorunub saxlanılması strategiyası” və Rəna Ağayevanın “Tarix yaradan ümummilli lider” adlı məruzələri dinlənilib.

Onlayn konfransda Filologiya fakültəsinin dekanı, professor Şahin Xəlilli, Azərbaycan dilçiliyi kafedrasının müdiri, dosent Fərəh Niftəliyeva, Virtual jurnalistika kafedrasının müdiri Nərgiz Qurbanlı, eləcə də Fransız dilinin fonetikası və qrammatikası kafedrasının müdiri, prof. əvəzi Ülfət İbrahim mövzu ətrafında çıxış ediblər.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.