Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
20.04.2020

AMEA Folklor İnstitutu Elmi Şurasının onlayn iclası keçirilib

Aprelin 20-də akademik Muxtar Kazımoğlu-İmanovun rəhbərliyi ilə AMEA Folklor İnstitutu Elmi Şurasının onlayn iclası keçirilib. İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov iclası açaraq gündəlikdə olan məsələlər barədə məlumat verib. Sonra əsas məsələ kimi elmi-tədqiqat şöbələrinin 2020-ci ilin I yarısı üçün elmi və elmi-təşkilat fəaliyyəti müzakirə edilib. Akademik M.Kazımoğlu-İmanov bildirib ki, Folklor İnstitutu əməkdaşları elmi fəaliyyətlərini karantin qaydalarına əməl etməklə davam etdiriblər. Bu müddətdə bir neçə kitab nəşrə hazırlanıb, İnstitut şöbələrinin onlayn iclasları keçirilib, görülən işlər müzakirə olunub, müvafiq tapşırıqlar verilib.
İnstitutun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, professor Kamran Əliyev şöbə əməkdaşlarının yeni nəşr olunmuş kitabları haqqında danışıb, bu günlərdə şöbənin onlayn iclasında əməkdaşların hər birinin hesabatının dinlənildiyini, hesabatların qənaətbəxş hesab edildiyini bildirib.


Dədə Qorqud şöbəsinin müdiri, fil.e.d. Ramazan Qafarlı da bir neçə gün öncə şöbənin onlayn iclasının keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, şöbə əməkdaşları tədqiqatlarını İnstitutun 2020-ci il üçün elmi-tədqiqat planına uyğun aparıblar. Bundan əlavə, şöbə “Dədə Qorqud” elmi jurnalının növbəti sayını da çapa hazırlayıb. R.Qafarlı bu yaxınlarda Türkiyədə internet bağlantısı ilə keçiriləcək beynəlxalq konfransda iştirak edəcəyi barədə də məlumat verib.


Sonra Müasir folklor şöbəsinin müdiri, fil.e.d., prof. Füzuli Bayat, Təhsil şöbəsinin müdiri, fil.e.d. Nizami Muradoğlu, Musiqi folkloru şöbəsinin müdiri, sən.e.d., prof. Nailə Rəhimbəyli, Folklorun toplanması və sistemləşdirilməsi şöbəsinin müdiri, fil.ü.f.d., dos. İlkin Rüstəmzadə, Azsaylı xalqların folkloru şöbəsinin müdiri, fil.ü.f.d., dos. Afaq Ramazanova, Mərasim folkloru şöbəsinin müdiri, fil.ü.f.d., dos. Ağaverdi Xəlil rəhbərlik etdikləri şöbələrdə yerinə yetirilən elmi-tədqiqat işlərinin vəziyyəti barədə məlumat veriblər.
Onlayn iclası yekunlaşdıran akademik Muxtar Kazımoğlu-İmanov hesabatları qənaətbəxş sayıb, İnstitutun elmi jurnallarının ardıcıl nəşr olunmasının vacibliyini vurğulayıb. Eləcə də bu il toplama materialları ilə yanaşı, çoxsaylı elmi-tədqiqat əsərlərinin, ciddi elmi əhəmiyyət kəsb edən monoqrafiyaların çapının planlaşdırıldığını bildirib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.