Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
03.03.2020

Folklorşünas alimin on cilddən ibarət əsərlərinin son üç cildi çapdan çıxıb


Folklor İnstitutunun Folklor və yazılı ədəbiyyat şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü Kamran Əliyevin on cilddən ibarət əsərlərinin son üç cildi nəşr edilib.

“Dərs vəsaiti” adlanan VIII cildin elmi redaktoru və "Ön söz"ün müəllifi akademik Nizami Cəfərov, tərtibçisi filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanovadır. Nəşr Azərbaycan dili və ədəbiyyat üzrə dərs vəsaitlərini əhatə edir. Kitabın sonuna əvvəlki cildlərə düşməyən “Orfoqrafiyanın qızıl qaydası”, “Nəsimi və mif”, “Maqsud Şeyxzadə və romantik bədii düşüncə” kimi məqalələr də daxil edilib.

Əsərlərin IX cildi “Rəylər, müsahibələr” adlanır. Cildin elmi redaktoru professor Cəfər Cəfərov, tərtibçiləri filologiya üzrə fəlsəfə doktoru Şəbnəm Məmmədova, Gülnar İsmayılova və Nigar İmaməliyevadır. Bu cildə müəllifin rəsmi opponent olduğu dissertasiyalara aid rəyləri, mətbuat orqanlarında, Azərbaycan Dövlət Televiziyasının “Mühazirə”, “Ovqat”, “Zaman və məkan”, “Səhər” verilişlərindəki müsahibələri daxil edilib. Eyni zamanda, əvvəlki cildlərə əlavə kimi Vəli Məhəmməd Xoca Oğuznaməsi, “Danabaş kəndinin poetikası” haqqında tədqiqatlar və digər məqalələr də burada yer alıb.

“Bədii əsərlər, publisistika” adlı X cildin redaktoru filologiya üzrə fəlsəfə doktoru Gülnar Osmanova, tərtibçiləri tarix üzrə fəlsəfə doktoru Orxan Əliyev və cərrah-ginekoloq Aytəkin Allahverdiyevadır. Buraya müəllifin şeirləri, hekayələri, povestləri, publisistik əsərləri, “Sədərək döyüşləri” adlı əsəri və məktəb illərində yazdığı ilk məqalələri daxil edilib.

Bütün cildlərin sonunda adlar göstəricisi və şəkillər verilib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.