Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
03.03.2020

Folklor İnstitutunda 1 Mart - Ümumdünya Mülki Müdafiə Günü ilə bağlı tədbir keçirilib

Mart ayının 2-də AMEA Folklor İnstitutunda 2020-ci il üçün “Mülki müdafiə hazırlığı üzrə tədbirlər planına” əsasən “Mülki müdafiə və hər bir evdə ilk yardım edən” mövzusunda tədbir keçirilib.
Tədbiri İnstitutun ümumi işlər üzrə direktor müavini Abuzər Gülməmmədov açaraq bu cür marifləndirici toplantıların ardıcıl keçirilməsinin önəmliliyini vurğulayıb. O, mülki müdafiə təlimlərin ə xüsusi diqqət yetirildiyini, qurumun əməkdaşlarının müntəzəm olaraq seminarlara cəlb edildiyini, fövqəladə vəziyyət, yanğın təhlükəsi, ilkin tibbi yardım və başqa məsələlərlə bağlı maarifləndirildiyini söyləyib.

Tədbirə qonaq qismində qatılan FHN-nin Dövlət Yanğın Xidmətinin “Təbliğat” şöbəsinin mütəxəssisi Nizami Fərəcov çıxış edərək bu cür marifləndirici tədbirlərin AMEA-nın elmi müəssisə və təşkilatlarında yüksək səviyyədə kecirilməsinin təqdirəlayiq olduğunu vurğulayıb. O, fərdi və kollektiv müdafiə vasitələrindən istifadə etməyi bilmək, fövqəladə hadisələrdən qorunmaq üçün əsas müdafiə üsullarını öyrənmək, ekstremal hallar zamanı müəyyən olunmuş davranış qaydalarına əməl etməyin vacibliyini bildirib. N.Cəfərov eləcə də ilkin tibbi yardımın göstərilməsi qaydalarını mənimsəmək və onu tətbiq etməyin zəruririliyindən danışıb.
Sonra FHN-nin Dövlət Yanğın Xidmətinin hazırladığı bir neçə marifləndirici video çarxı nümayiş etdirilib.

Folklor İnstitunun Mülki Müdafiə Qərargahının rəisi Elşad Quliyevə söz verilib. E.Quliyev Ümumdünya Mülki Müdafiə Gününün 1 mart 1972-ci ildən etibarən qeyd olunduğunu, eləcə də hər il konkret mövzuya həsr edildiyini bildirib, bu cür seminarların keçirilməsində məqsəd ehtimal olunan fövqəladə hadisələrin təsirindən qorunmaq üçün öncədən profilaktik tədbirlərin görülməsi, elmi müəssisədə fəaliyyət göstərən əməkdaşların maarifləndirilməsinə və onların mülki müdafiə hazırlığının yoxlanılmasına xidmət etdiyini vurğulayıb.
Tədbirin sonunda Dövlət Yanğın Nəzarəti Xidmətinin böyük inspektoru Emil Nəbiyev tədbir iştirakçılarının suallarını cavablandırıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.