Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
20.12.2019

“Ədəbiyyat və incəsənətdə milli kimlik və mənəvi zənginlik” mövzusunda

Respublika Elmi Konfransı keçirilib

Dekabrın 20-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) əsas binasının Akt zalında “Ədəbiyyat və incəsənətdə milli kimlik və mənəvi zənginlik” mövzusunda Respublika Elmi Konfransı keçirilib.

Tədbiri AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov açmış, konfransın AMEA-nın “İdeya-estetik tərbiyədə ədəbiyyat və incəsənətin rolu: milli kimlik və mənəvi zənginlik” elmi-tədqiqat proqramı çərçivəsində keçirildiyindən, bu proqram üzrə aparılmış tədqiqatlardan, onun elmi-praktiki əhəmiyyətindən bəhs etmişdir. Akademik çıxışında qeyd etmişdir ki, milli mənlik, milli qürur kimi hisslərin formalaşmasında incəsənət və ədəbiyyat mədəniyyətin digər sahələri ilə müqayisədə hər zaman daha çox əhəmiyyət kəsb etmiş və bütün dövrlərdə ideya-estetik tərbiyə işində mühüm və əvəzsiz rol oynamışdır.

Tədbirdə iştirak edən AMEA-nın Humanitar Elmlər Bölməsinin akademik-katibi, Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli bildirib ki, folklorumuzda, incəsənətimizdə və mədəniyyətimizdə milli kimliyimizin təbliği və qorunması vacib məsələlərdən biridir.

Akademik onu da vurğulayıb ki, bu cür elmi konfranslar Azərbaycançılıq ideologiyasının gücləndirilməsinə xidmət etməklə yanaşı, gəng nəslin vətənpərvəlik ruhunda tərbiyə olunmasında da müstəsna rola malikdir.

AMEA Folklor İnstitutunun “Folklor və yazılı ədəbiyyat” şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, prof. Kamran Əliyev “Azərbaycan "Oğuznamə"si və mənəvi dəyərlər sistemi” adlı məruzəsində Azərbaycan epik ənənəsində əksini tapmış mənəvi dəyərlərimizdən, onların bir sistem kimi gənclərin ideya-estetik tərbiyəsində rolundan bəhs etmişdir.

AMEA Fəlsəfə İnstitutunun “Estetika” şöbəsinin müdiri fil.e.d. Adil Əsədovun “Təsviri sənət mənəvi zənginliyin cismani göstəricisi kimi” adlı məruzəsində təsviri sənətin bədii sözlə əlaqəsindən, təsviri sənətin özünün təşəkkülü və tarixi təkamülü baxımından bədii sözə bir illüstrasiya olaraq meydana gəlməsindən, onun insanın mənəvi kriteriyalarının özünəməxsus ifadə forması olmasından bəhs edilmişdir.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Erkən yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri, fil.e.d. Mahirə Quliyevanın “Bədii ədəbiyyatda əxlaq və mənəviyyat məsələləri” adlı məruzəsində isə ədəbiyyatın insanın mənəvi kamilləşmə konsepsiyasında yeri və insan əxlaqının gözəlləşməsində sənət və sənətkarın rolu kimi məsələlərdən danışılmışdır.

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun Ədəbiyyat nəzəriyyəsi şöbəsinin müdiri, fil.e.d., professor Tahirə Məmmədin “Poeziyada milli kimlik probleminin vətənçilik və milli birlik idealları ilə ifadəsi” adlı məruzəsində isə Şimali Azərbaycan ədəbiyyatında cənub mövzusu, Cənubi Azərbaycan ədəbiyyatında milli kimlik problemi və türkçülük ideyalarının təbliği və tərənnümü kimi məsələlərdən bəhs edilmişdir.

AMEA Memarlıq və İncəsənət İnstitutunun Teatr, kino və televiziya şöbəsinin müdiri, fil.ü.f.d. Vidadi Qafarovun “Bədii təmayüllər və üslublar Azərbaycan teatrının milli kimliyinin təzahürü kimi” adlı məruzəsində isə Azərbaycan teatrının milli kimliyini müəyyən edən kriteriyalardan danışılmışdır.

Konfras məruzələri dinləndikdən sonra çıxışlarla bağlı müzakirələr aparılmışdır. Müzakirələrdə fil.ü. f.d. Elçin Qaliboğlu, fil.ü.f.d. Qiymət Məhərəmli çıxış edərək məruzələrlə bağlı fikirlərini bildirmişlər.

Akademik Muxtar Kazımoğlu-İmanov konfransın işinə yekun vurmuş, onun işini yüksək dəyərləndirmişdir. Bununla da “Ədəbiyyat və incəsənətdə milli kimlik və mənəvi zənginlik” mövzusunda Respublika Elmi Konfransı öz işini yekunlaşdırmışdır.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.