Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
14.10.2019

Məşhur türkoloq Osman Fikri Sərtkaya Folklor İnstitutunun qonağı olub

Oktyabrın 14-də AMEA-nın Folklor İnstitutunda türkiyəli araşdırmaçı, məşhur türkoloq Osman Fikri Sərtkaya ilə görüş keçirilib. İnstitutun direktoru, akademik Muxtar Kazımoğlu qonağı salamlayaraq onu ölkəmizdə görməkdən məmnun olduğunu bildirib.
O.F.Sərtkaya “Kitabi Dədə Qorqud” dastanları, özəlliklə onun qəhrəmanları olan Dirsə xan, Bamsı Beyrək, Qan Turalı, Banu Çiçək, Qazan xanla bağlı geniş bilgi verib, onlarla bağlı aparılan araşdırmalardan söz açıb.
Qonaq elm aləminə yeni məlum olan “Kitabi Dədə Qorqud” dastanlarının on üçüncü – "Salur Qazanın yeddi başlı əjdarhanı öldürməsi" boyu, eləcə də onun orijinaldan oxunuşunda və nəşrindəki yanlışlar haqqında ayrıca danışıb.


O.F.Sərtkaya əməkdaşlarımızı maraqlandıran sualları cavablandırıb, dastanla bağlı yeni faktlar açıqlayıb.
Qonaq kitab və məqalələrini direktor M.Kazımoğluna təqdim edib. M.Kazımoğlu da qonağa institutda nəşr olunan kitablar, dərgilər və suvenir hədiyyə edib. Sonda qonaqla xatirə fotosu çəkilib.
Bildirək ki, O.F.Sərtkaya 11 avqust 1946-cı ildə Türkiyənin Adana şəhərində doğulub. 1968-ci ildə İstanbul Universiteti ədəbiyyat fakültəsi türk dili və ədəbiyyatı bölümündən məzun olub. İndiyədək 435-dən artıq araştırması yerli və yabançı elmi dərgilədə yayımlanıb.

İstanbul Universitetinin keçmiş professoru olan O.F.Sərtkaya hazırda pensiyadadır.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.