"Çıldırlı İrfani üzərinə bir kitab"
Türkiyənin Kayseri şəhərində nəşr olunan "Erciyes" dərgisinin 500-cü sayı işıq üzü görüb. Azərbaycan ədəbiyyatına və mədəniyyətinə daim diqqət yetirən, institutumuzun əməkdaşlarının məqalələrini nəşr edən jurnal əməkdaşları yübiley sayında da bizləri unutmayıb. Nəşrin 2019-cu ilin avqust ayında çap olunan 500-cü sayında AMEA Folklor İnstitututunun 2016-cı ildə nəşr etdiyi "Çıldırlı Aşıq İrfani” (şeirləri, haqqındakı dastan-rəvayətlər; nəşrə hazırlayanı: Əli Şamil) kitabı haqqında aşıq yaradıcılığının araşdırıcısı, aşıqlar haqqında 40-dan çox kitabın müəllifi Doğan Kayanın "Çıldırlı İrfani üzərinə bir kitab" adlı tanıtma məqaləsini nəşr edib. Məqaləni təqdim edirik. (Səh. 103)
Məqaləni oxu
|