Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
27.05.2019

QAZAX MÜƏLLİMLƏR SEMİNARİYASININ 100 İLLİK YUBİLEYİNƏ HƏSR OLUNMUŞ BEYNƏLXALQ KONFRANS KEÇİRİLİB

25 may 2019-cu il tarixində Qazax şəhərində AMEA Folklor İnstitutu, Azərbaycan Dillər Universiteti, Bakı Dövlət Universitetinin Qazax filialı və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə həsr edilmiş “Azərbaycan təhsili və elminin müasir problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilmişdir. Konfrans Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamı ilə əlaqədar təşkil olunmuşdur.
Konfransda Respublikamızda fəaliyyət göstərən ali təhsil müəssisələri və elmi-tədqiqat institutlarının alimləri ilə yanaşı, Gürcüstan Respublikası və Türkiyə Cümhuriyyətinin müxtəlif elmi qurumlarının nümayəndələri də iştirak etmişlər.


Konfransı giriş sözü ilə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açmış, Azərbaycan Respublikası Prezidentinin “Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında” sərəncamının əhəmiyyətindən, Azərbaycanda elm və təhsilin inkişafına göstərilən dövlət qayğısından, ölkə elminin və təhsilinin inkişafında Qazax Müəllimlər Seminariyasının rolundan bəhs etmişdir.


AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov “Təhsilimizdə tarixi ənənə və müasirlik” mövzusunda məruzəsində Azərbaycanda təhsilin tarixi ənənələri və keçdiyi inkişaf mərhələlərindən, bu inkişafda Qazax Müəllimlər Seminariyasının yeri, onun Azərbaycana bəxş etdiyi Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, Seyfulla Şamilov, Möhsün Poladov, İsmayıl Şıxlı kimi böyük dövlət, elm, maarif və incəsənət xadimlərdən danışmışdır.


Bakı Dövlət Universitetinin Qazax filialının direktoru, dosent Arif Rüstəmov çıxışında Azərbaycanın sosial-mədəni inkişafının gələcək taleyini gənc elm adamlarına bağlayaraq, sözügedən məsələnin ən aktual problemlərdən olduğunu vurğulamışdır.
Azərbaycan Dillər Universitetinin dosenti Misgər Məmmədov çıxışında Azərbaycan Dillər Universitetində təhsilin səviyyəsinin yüksəldilməsi istiqamətində görülən işlərdən, müasir təhsil prosesində gənclərin elmə marağının artırılması səylərindən, bunun nəticəsində elmə maraq göstərənlərin sayının çoxalmasından bəhs etmişdir.


Konfransın plenar iclasında Ərdahan Universitetinin professoru Ərdoğan Altınkaynak, Ukrayna-Gürçüstan Beynəlxalq Universitetinin professoru Mahmud Kamaloğlu, Türkiyə Ədəbiyyat, Sənət və Sənətçilər Dərnəyi başkanı Şahamettin Kuzuçular, BDU-nun professoru Hüseyn Xəlilov, AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi, professor Cəlal Qasımov, Gəncə Dövlət Universitetinin professoru Hüseyn Xəlilov da məruzə etmişlər.


Plenar iclasdan sonra konfrans 8 bölmədə (“Azərbaycanda təhsil və tədrisin inkişaf mərhələləri”, “Qazax Müəllimlər Seminariyasının yaranmasında Firidun bəy Köçərlinin rolu”, “Azərbaycan elminin və təhsilinin müasir problemləri”, “Cümhuriyyət dövründə Azərbaycan folklorşünaslığı və Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”, “Azərbaycan folklorşünaslığında Cümhuriyyət dövrü”, “Qazax Müəllimlər Seminariyasının yaranma tarixi”, “Qori Seminariyasının Azərbaycan şöbəsi”, “Çağdaş dövrdə təhsilin inkişafı”) öz işini davam etdirmişdir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.