Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
15.02.2019

AMEA Folklor İnstitutu
Qazax rayon İcra Hakimiyyəti
BDU-nun Qazax Filialı
Azərbaycan Dillər Universiteti

Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinə həsr olunmuş

“AZƏRBAYCAN TƏHSİLİ və ELMİNİN MÜASİR PROBLEMLƏRİ”

mövzusunda Beynəlxalq Elmi Konfransı
(Qazax şəhəri, may 2019-ci il)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Cümhuriyyətinin yaşıdı, ölkəmizin mədəniyyət tarixində mühüm yeri olan "Qazax Müəllimlər Seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında" sərəncam imzalamışdır. Cümhuriyyətimizin ilk günlərində böyük ziyalı Firudin bəy Köçərlinin sayəsində bu təhsil müəssisəsinin Qoridən Qazağa köçürülməsi, burada Qazax əhalisinin də səyi və fədakarlığı sayəsində müstəqil dövlətimiz üçün müəllim kadrları hazırlayan ilk təhsil ocağının fəaliyyətə başlaması nəsillərə nümunə olacaq böyük tarixi hadisədir. Qazax Müəllimlər Seminariyası öz təhsil və təlim modelinə görə Azərbaycana Üzeyir bəy Hacıbəyli, Cəlil Məmmədquluzadə, Nəriman Nərimanov, Müslüm Maqomayev, F.Köçərli kimi şəxsiyyətlər bəxş etmiş Qori Seminariyasının varisi idi. Qürurverici haldır ki, bu varisliyi Qazax Seminariyası layiqincə doğrulda bildi. Bu təhsil məbədi Azərbaycana Səməd Vurğun, Mehdi Hüseyn, Osman Sarıvəlli, Seyfulla Şamilov, Möhsün Poladov, İsmayıl Şıxlı kimi böyük dövlət, elm, maarif və incəsənət xadimləri vermişdir. Görkəmli ədəbiyyatşünas, tanınmış maarifpərvər və ictimai xadim Firidun bəy Köçərlinin rəhbərliyi ilə fəaliyyətə başlayan Qazax müəllimlər seminariyası bütün fənlərin tədrisinin ana dilində mütərəqqi üsullarla aparıldığı yeni təhsil ocağı kimi Azərbaycanda elmin, maarifin və mədəniyyətin inkişafına misilsiz töhfələr vermişdir. Respublikanın bölgələri ilə yanaşı, qonşu

ölkələr üçün də uzun illər boyu yüksək ixtisaslı pedaqoji kadrlar hazırlamış seminariyanın yetirmələri sırasında adları təhsil, elm və mədəniyyət tarixinə həkk olunmuş çox sayda tanınmış simalar vardır. Qazax müəllimlər seminariyası müstəqil Azərbaycan Respublikasının təhsil işçilərinə gənc nəslin azərbaycançılıq məfkurəsi ruhunda yetişdirilməsi üçün zəngin irs qoymuşdur. Bu əlamətdar hadisənin icrası ilə əlaqədar AMEA Folklor İnstitutu, Qazax rayon İcra Hakimiyyəti və BDU-nun Qazax filialı Qazax Müəllimlər Seminariyasının 100 illiyinə həsr edilmiş "Azərbaycan təhsili və elminin müasir problemləri" mövzusunda Beynəlxalq Elmi Konfrans keçirməyi planlaşdırır. Arzu edənləri “AZƏRBAYCAN TƏHSİLİ VƏ ELMİNİN MÜASİR PROBLEMLƏRİ” istiqamətində məruzələrlə konfransın işində iştiraka dəvət edirik.

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ SƏDARƏT:

Rəcəb Babaşov – Qazax rayon İcra Hakimiyyətinin Başçısı

Akad. Muxtar İmanov – AMEA Folklor İnstitutunun direktoru

Akad. Kamal Abdullayev – Dillər Universitetinin rektoru

Dos. Arif Rüstəmov – BDU-nun Qazax filialının direktoru

Dos. Məmməd Yusifov – BDU-nun Qazax filialının tədris işləri üzrə direktor müavini

Elmi heyət:

Prof. Kamran Əliyev (AMEA Folklor İnstitutu)

Prof. Cəlal Qasımov (AMEA Folklor İnstitutu)

Prof. Xəlil Yusifli (Gəncə Dövlət Universiteti)

Prof.Mahmud Kamaloğlu (Ukrayna Gürcüstan Beynəlxalq Universiteti/Gürcüstan)

Prof. Ərdoğan Altınkaynak (Ərdahan Universiteti/ Türkiyə)

Doç. Dr. Ali Asker (Karabük Universitesi/ Türkiyə)

Prof. Seyfəddin Rzasoy (AMEA Folklor İnstitutu)

Prof. Ramazan Qafarlı (AMEA Folklor İnstitutu)

Prof. İslam Sadıq (AMEA Folklor İnstitutu)

Prof .Hüseyn Xəlilov (BDU Qazax filialı)

Prof. Vaqif Sultanlı (Bakı Dövlət Universiteti)

Dos. Əfzələddin Əsgər (AMEA Folklor İnstitutu)

Dos. Ağaverdi Xəlil (AMEA Folklor İnstitutu)

Dos. Rza Xəlil (AMEA Folklor İnstitutu) Dos. Afaq Ramazanova (AMEA Folklor İnstitutu)

Dos. İlhamə Qəsəbova (AMEA Folklor İnstitutu)

Dos. Sönməz Abbaslı (AMEA Folklor İnstitutu)

Dos. Arif Veysov (AMEA Folklor İnstitutu)

Dos. Məlahət Babayeva (Azərbaycan Pedaqoji Universiteti)

Fil. ü.f.d. İradə Arıxova (BDU Qazax filialı)


MÖVZULAR:

Azərbaycam Müəllimlər Seminariyasının tarixi

Azərbaycan Elmi və Təhsilin müasir problemləri Cümhuriyyət dövründə

Azərbaycan folklorşünaslığı və Azərbaycan Tədqiq və Tətəbbö Cəmiyyəti


MÜHÜM TARİXLƏR:

• Konfransda iştirak etmək istəyənlər məruzə özətlərini 10 aprel 2019-ci il tarixinədək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.

• Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 15 aprel 2019-ci il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.

• Konfrans may 2019-ci il tarixində Qazax şəhərində gerçəkləşdiriləcəkdir.

• Məruzələrin tam mətni 01 may tarixinə qədər təqdim edilməlidir.

MƏRUZƏLƏRİN YAZI QAYDALARI:

• Özətlər 150-200 sözdən ibarət olmalıdır.

• Özət və məqalələr e-mail ilə göndərilməlidir.

• Yazı: Microsoft Office Word, Kağız: A4.

• Səhifə qaydası: Üst: 2,5, Alt: 2,5, Sağ: 2,5, Sol: 2,5

• Yazı puntu: Başlıq 12 şrift ölçüdə, yağlı.

• Məruzə: 12 şrift ölçüdə.,

• İnterval: 1,5. . Məqalə 8-10 səhifədən artıq olmamalıdır İstifadə edilmiş ədəbiyyat siyahısı məruzənin sonunda “Qaynaqlar” yarımbaşlığı altında yazılmalıdır. Ədəbiyyat siyahısı müəlliflərin soyadlarına uyğun olaraq əlifba sırası ilə düzülməli, sıra nömrəsi göstərilməlidir. Məruzədə istifadə edilməyən ədəbiyyat qaynaqlarda göstərilməməlidir. Əgər məruzəçi arxiv sənədlərindən, dissertasiyalardan, əlyazma hüququnda olan materiallardan istifadə etmişsə, onlar da “Qaynaqlarda” göstərilən qaydada yazılmalıdır. “Qaynaqlar”dan sonra iki dildə (Azərbaycan, ingilis) xülasə və açar söz-lər verilməlidir.

• Konfrans haqqında məlumatı və anket formasını www.folklor.az səhifəsindən əldə etmək olar.

• Məruzədə ətək yazısı (snoska) olduqda internet saytında yerləşdirilərkən problemlər yaradır. Buna görə də ətək yazısı (snoska) ilə olan məruzələr qəbul edilmir. Məruzə daxilində qaynaqlar kodlaşdırılmış qayda ilə verilməlidir.

• Hər bir məruzəçi üçün maksimum 15 dəqiqə vaxt ayrılacaqdır. Bölmə iclaslarının sonunda müzakirələr keçiriləcəkdir.

• Elektron poçt ünvanı ilə göndərilməyən və elanda göstərilmiş qaydalar əsasında təqdim edilməyən məruzələr qəbul edilməyəcəkdir.

• Konfransda iştirak etmək üçün ödəniş tələb edilmir.

• Konfransda iştirak etmək istəyənlərin yol xərcləri özlərinə aiddir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.