Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
13.02.2019

"Azərbaycanda qadınlar elmdə"

Mərkəzi Elmi Kitabxanada (MEK) AMEA-nın Qadınlar Şurasının təşkilatçılığı ilə 11 fevral – Beynəlxalq Qadın və Qızların Elmdə İştirakı Gününə həsr olunan "Azərbaycanda qadınlar elmdə" mövzusunda tədbir keçirilib.Tədbirdə çıxış edən İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova tarixən ölkəmizdə gender bərabərliyinə xüsusi diqqət yetirildiyini, məhz Şərqdə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti dövründə qadınlara seçki hüququnun verildiyini söyləyib. O, bu gün qadınların respublikanın ictimai həyatında, o cümlədən AMEA-nın fəaliyyətində aktiv iştirak etdiklərini, elmi, texnoloji yeniliklərə imza atdıqlarını bildirib.

AMEA-nın Qadınlar Şurasının sədri, fəlsəfə elmləri doktoru Rəna Mirzəzadə çıxış edərək BMT-nin Baş Assambleyasının 2015-ci il dekabrın 22-də qəbul etdiyi qətnamə ilə bütün dünyada bu əlamətdar günün qeyd olunduğunu vurğulayıb. O, qətnamənin qadınların elmə tam və bərabər çıxışını təmin etmək, həmçinin gender bərabərliyini qorumaq, onların hüquq və imkanlarını genişləndirmək məqsədilə qəbul edildiyini deyib.


Tədbirdə, həmçinin professor Habil Qurbanov, Fəlsəfə İnstitutunun şöbə müdiri Rəfiqə Əzimova və başqaları çıxış edərək hazırda AMEA-da çalışan əməkdaşların 70 faizinin qadınlardan ibarət olduğunu söyləyib, gənclərin ləyaqətli və vətənpərvər yetişdirilməsinin önəminə toxunublar. Sonra AMEA-nın Qadınlar Şurasının sosioloji qrup rəhbəri Mahrux Nəcəfli "Elmdə Beynəlxalq Qadın və Qızlar Günü haqqında", mənəviyyat və elm bölməsinin rəhbəri Ziba Ağayeva "Azərbaycanda elm siyasəti", gənclər və elm bölməsinin üzvü İlhamə Qəsəbova "Azərbaycan elmində ilklərə imza atmış qadınlar" mövzusunda məruzə ilə çıxış ediblər.
​Tədbirdə Folklor İnstitutunun Qadınlar şurasının sədri fil.ü.f.d.Məleykə Məmmədova, büro üzvlərindən fil.ü.f.d.Sevinc Qasımova, Naibə Haqverdiyeva iştirak etmişdilər. Büro üzvümüzün ən fəal xanımlarından olan doç.İlhamə Qəsəbovanın çıxışı çox bəyənilərək maraqla dinlənilmişdir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.