Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
08.02.2019

FOLKLOR İNSTİTUTU QADINLAR ŞURASI ŞAİR – ALİM QİYMƏT MƏHƏRRƏMLİ İLƏ GÖRÜŞ KEÇİRİB

07 fevral 2019-cu il tarixində AMEA Folklor İnstitutu Qadınlar Şurası şair-alim Qiymət Məhərrəmli ilə görüş keçirib. Görüşü açan Şuranın sədri fil.ü.f.d. Məleykə Məmmədova iştirakçıları salamlayıb və Q.Məhərrəmlinin həyat və yaradıcılıq yoluna qısa nəzər salıb. Sonra söz qonaqlara verilib. Qonşu ölkə Gürcüstandan görüşdə iştirak edən Gürcüstan Aşıqlar Birliyinin sədri, şair-publisist Osman Əhmədoğlu çıxış edərək Folklor İnstitutunu “Dəyər İnstitutu” adlandırıb. O, Qiymət xanımın el-obaya xidmət üçün yaradılanlardan olduğunu qeyd edib. AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun laboratoriya müdiri, xəttat, ağac üzərində oyma sənətkarı Seyfəddin Mənsimoğlu isə bildirib ki, Qiymət Məhərrəmli bir ailənin üzvlüyündən çıxıb, o, bütün Azərbaycanın övladıdır. Qonaqlar arasında milliyyətcə gürcü olan şair-publisist, tərcüməçi, Azərbaycan, Rusiya, Gürcüstan Yazıçılar Birliklərinin üzvü Giya Paçxataşvili çıxış edərək Q.Məhərrəmlini peşəkar söz ustadı hesab edib və XX-XXI əsrlər qadın poeziyasının layiqli nümayəndələrindən olduğunu vurğulayıb. G.Paçxataşvilinin həyat yoldaşı, tibb bacısı Xatirə Paçxataşvili də Q.Məhərrəmli ilə görüşünün tarixçəsindən qısaca bəhs edib. Sonra söz Şura üzvlərindən fil.ü.f.d., dos. Sönməz Abbaslıya verilib. O, öncə Q.Məhərrəmlinin elmi fəaliyyətinə toxunub və onun “Şahin Fazil “Divan”ı və klassik ədəbi ənənələr” monoqrafiyası ilə bağlı fikirlərini çatdırıb.

Daha sonra isə bədii yaradıcılığını qoşma, gəraylı şəklində olan şeirlərini, bayatı-ağılarını diqqətə çatdırıb. Fil.ü.f.d., dos. İlhamə Qəsəbova isə Q.Məhərrəmlinin şeirlərini dönə-dönə oxuduğunu və hər kəsin orada özünü tapa bildiyini vurğulayıb. Şeirlərində səmimiyyət olduğunu, ahəstə səsinin, danışığının şeirlərində duyulduğunu qeyd edib. Şura üzvlərindən - institutun hüquq məsləhətçisi Afaq Mustafayeva isə çıxışı zamanı Qiymət xanımı əsl örnək götürüləcək nümunəvi ailə başçısı hesab edərək, müasir cəmiyyətin bu əqidədə olan xanımlara böyük ehtiyac duyduğunu diqqətə çatdırıb. Fil.ü.f.d. Gülnar Osmanova isə şairin yaradıcılığından bəhs edərkən nəsihətamiz şeirlərinin üstünlük təşkil etdiyini vurğulayıb. Qonaqlardan şair-publisist Səbinə Yusifli Qiymət Məhərəmlini “Turan sevdalısı” adlandırıb. Görüşdə iştirak edən şairin gəlini, tələbə Şəfa Məhərrəmli və yaxın qonşusu Sevinc xanım da onun haqqında xoş sözlərini bölüşüblər. Folklor İnstitutunun əməkdaşlarından Sevinc Hüseynova Q.Məhərrəmli şeirlərində xəlqiliyin, milliliyin olduğunu, idrakın yansıdığını vurğulayıb. Vüsalə Kərimova isə çıxışında Q.Məhərrəmli poeziyasının təsir gücündən, axıcılığından, səmimiliyindən bəhs edib.

Sonda söz Qiymət Məhərrəmliyə verilib. O, səmimi görüş, yaradıcılığına böyük diqqət ayırdığı üçün Şura üzvlərinə və qonaqlara dərin təşəkkürünü bildirib və sevilib-seçilən şeirləri ilə görüş iştirakçılarının ruhunu oxşayıb. Görüşün sonunda Q.Məhərrəmliyə gül dəstəsi təqdim olunub və çay süfrəsi arxasında poeziya görüşü davam edib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.