Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
05.02.2019

“Akademik Həmid Araslının folklorşünaslıq irsi”

Kitab Azərbaycan elminin görkəmli simalarından biri akademik Həmid Araslının (1909-1983) folklorşünaslıq irsinə həsr olunmuşdur. Azərbaycan ədəbiyyatşünaslığının bütün sahələrində öz sözünü demiş bu alimin ədəbiyyatımız qarşısında ən mühüm xidmətlərindən biri, şübhəsiz, “Kitabi-Dədə Qorqud” eposunun yenidən nəşri və tədqiqidir.
Kitabda nəzəri-metodoloji baza kimi folklor və yazılı ədəbiyyat münasibətlərinin öyrənilməsinin Azərbaycan, rus və dünya elmindəki uğurlarına istinad edilmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, əməkdar elm xadimi Kamran Əliyev kitaba “Akademik dəstxəttə məhəbbətlə” adlı giriş sözü yazmışdır.
Kitab “Ön söz”, üç fəsil, “Son söz” və “Kitabiyyat”dan ibarətdir.
“Ön söz” hissəsində mövzunun aktuallığı əsaslandırılmış, məqsəd və vəzifələri, nəzəri-metodoloji əsasları göstərilmiş, elmi yenilikləri sadalanmış, nəzəri və təcrübi əhəmiyyəti müəyyənləşdirilmişdir.
Kitabın “Azərbaycan folklorunun tarixi və nəzəri problemlərinin araşdırılması” adlanan birinci fəslində Azərbaycan şifahi xalq ədəbiyyatının tədqiqi tarixində Həmid Araslının yeri və alimin elmi irsində aşıq şeirinin və dastanların tədqiqi məsələləri geniş araşdırılmışdır. Xalqın milli-mənəvi dəyərlərinin ilkin göstəricilərindən olan şifahi xalq yaradıcılığı nümunələrinin toplanması, nəşri və araşdırılması həmin xalqın istər dili, tarixi, mədəniyyətinin öyrənilməsi, istərsə də adət-ənənələri, məişəti, etnik dünyagörüşünün tədqiqi baxımından vətənpərvərlik və vətəndaşlıq vəzifəsi olaraq qəbul edib var qüvvəsi ilə bu yolda yorulmadan çalışan, öz qiymətli araşdırmaları ilə elmimizin çiçəklənməsi naminə əmək sərf edən şəxsiyyətlər arasında akademik Həmid Araslının xüsusi yeri və rolu göstərilmişdir.
“Yazılı ədəbiyyat ilə şifahi xalq ədəbiyyatının əlaqə və münasibətləri problemi” adlanan ikinci fəsildə elmi-nəzəri ədəbiyyatda bu problemin qoyuluşu və alimin öz tədqiqatlarında ədəbiyyatımızın qədim və orta əsrlər dövrü ilə bağlı müfəssəl fikirləri söylənmiş, apardığı məhsuldar araşdırmalarda gəldiyi qənaətləri elmi baxımdan əsaslandırılmışdır. Həmid Araslı klassik ədəbiyyatımızın və folklorumuzun yorulmaz tədqiqatçısı kimi araşdırılmışdır.
“Folklor örnəklərinin və ədəbi abidələrin nəşrə hazırlanması və şərhi məsələləri” adlanan üçüncü fəsildə isə Həmid Araslının mətnşünaslıq fəaliyyəti tədqiq olunur, alimin “Kitabi-Dədə Qorqud” və “Koroğlu” eposunu nəşrə hazırlaması, onlara yazdığı şərhlər haqqında geniş araşdırma aparılır.
Kitabın “Son söz” hissəsində əldə edilmiş elmi-nəzəri qənaətlər sistemləşdirilmişdir. Həmid Araslının ədəbiyyatşünaslıq, folklorşünaslıq, xüsusən də dastanşünaslıq sahə¬sindəki fəaliyyətinin araşdırılması nəticəsində alimin şifahi xalq ədəbiyyatımıza baxışının, dastanlarımızın həm tarixi, həm də ideya-sənətkarlıq özəllikləri barədə görüşlərinin Azərbaycan ədəbiyyatşünaslıq elmindəki yeri və s. bu kimi məsələlərə aydınlıq gətirilmişdir.
Kitab dissertantlar, filoloqlar, ali məktəb tələbələri üçün nəzərdə tutulmuşdur.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.