“Dərələyəzli ustad Aşıq Cəlil”
26 dekabr 2018-ci il tarixində AMEA Folklor İnstitutu, Azərbaycan Aşıqlar Birliyi və “Dərələyəz” vətənpərvərliyin təbliği ictimai birliyinin birgə təşkilatçılığı ilə Aşıq Cəlilin anadan olmasının 150 illiyinə həsr olunmuş “Dərələyəzli ustad Aşıq Cəlil” mövzusunda elmi-praktik konfrans keçiriləcək.
Konfrans saat 14.00-da AMEA Əsas binasının Kiçik akt zalında keçiriləcək. Arzulayanlar qatıla bilər.