Akademik M.İmanov Bakı Mühəndislik Universitetində ustad dərsi keçib
Noyabrın 30-da AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Bakı Mühəndislik Universitetinin filologiya fakültəsinin müəllim və tələbə heyətinə “Xalq gülüşü” mövzusunda ustad dərsi keçib. Xalq gülüşünün poetikası, folklorda ciddilik və komizm kimi məsələlərlə bağlı alimin fikirləri auditoriyanın böyük marağına səbəb olub. Akademik çıxışından sonra qoyulan məsələ ilə əlaqədar ona ünvanlanmış sualları cavablandırıb. Dəyirmi masada Bakı Mühəndislik Universitetinin müəllim və tələbə heyəti ilə yanaşı Folklor İnstitutunun əməkdaşları da iştirak ediblər.
Qeyd edək ki, AMEA ilə ali təhsil ocaqları arasında bu cür görüşlərin keçirilməsi əməkdaşlıq əlaqələrinin genişləndirilməsi ilə yanaşı gənclərin elmə marağının artmasında da əhəmiyyətli rol oynayır.