Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
30.11.2018

"Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü" ilə bağlı dəyirmi masa keçirib

28.11.2018-ci ildə AMEA Folklor İnstitutu Qadınlar Şurası "Qadın zorakılığına qarşı beynəlxalq mübarizə günü" ilə bağlı dəyirmi masa keçirib. Yığıncağa mövzu ilə bağlı Regional Gender Mərkəzi İctimai birliyinin sədri Şərqiyyə Dadaşova dəvət olunub. Dəyirmi masanı giriş sözü ilə açan Şuranın sədri fil.ü.f.d. Məleykə Məmmədova qeyd edib ki, bütün dünyada 1981-ci ildən 25 noyabr tarixi zorakılığa qarşı mübarizə günü kimi qeyd olunur. Zorakılıq tək qadınlara deyil, həm də ailələrə, uşaqlara və yaşlılara, bütün cəmiyyətə zərbə vurur. Məleykə Məmmədova statistik göstəricilər əsasında zorakılıq halları ilə bağlı da məlumat verib. Daha sonra söz Regional Gender Mərkəzi İctimai birliyinin sədri Şərqiyyə Dadaşovaya verilib. O, zorakılıq – gender zorakılığı, məişət zorakılığı, psixoloji zorakılıq, iqtisadi zorakılıq, cinsi zorakılıq barədə ətraflı məlumat verib. Şərqiyyə xanım çıxışının sonunda bütün qadınları zorakılığa qarşı biganə qalmamağa çağırıb. Yığıncaqda çıxış edən fil.ü.f.d. Qiymət Məhərrəmli qoyulan mövzu ilə bağlı efirlərin vacib rol oynadığını qeyd edərək vurğulayıb ki, hazırkı efirlərin vəziyyəti heç də qənaətbəxş deyil. Çox vaxt mövzu ilə bağlı mütəxəssislər deyil, uyğun olmayan insanlar cəmiyyətə dərs verməyə çalışırlar. Eyni zamanda fil. ü.f.d. Nigar Həsənova və digər iştirakçılar məsələ ilə bağlı fikirlərini bölüşüblər. Dəyirmi masada Folklor İnstitutu Qadınlar Şurasının üzvləri ilə yanaşı AMEA-nın Zoologiya İnstitutunun, Şərqşünaslıq İnstitutunun, Riyaziyyat və İnformatika İnstitutunun, Aşqarlar Kimyası İnstitutunun, Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun, Tarix Muzeyinin, eləcə də Folklor İnstitutunun xanım əməkdaşları iştirak ediblər. Sonda Şərqiyyə xanımla söhbət çay süfrəsi ətrafında davam edib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.