Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
03.11.2018

FOLKLOR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK EDİBLƏR

25-27 oktyabr 2018-ci il tarixlərində Türkiyə Cümhuriyyətinin Amasiya şəhərində IV Beynəlxalq Həmzə Nigari “Azərbaycan Xalq Cümhuriyyətinin quruluşunun 100-cü ilində Türkiyə-Azərbaycan əlaqələri” simpoziumu keçirilib. Amasiya Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialı, AÜSSAM (Amasiya Universiteti Sosial və Strateji Araşdırmalar Mərkəzi), MİRAS (Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi) və AZERDER (Azərbaycan Türkləri Mədəniyyət, İncəsənət və Həmrəylik Dərnəyi) tərəfindən təşkil olunmuş simpoziumda 5 ölkədən nümayəndələr, elm və sənət adamları iştirak ediblər.
Simpozium iştirakçıları əvvəlvə Mir Həmzə Nigarinin Amasiya şəhərində yerləşən türbəsini, daha sonra Şirvanlı məscidini, Xocalı şəhidləri park və abidələrini ziyarət ediblər.

Açılış mərasimi Amasiya Universitetinin Fənn və Ədəbiyyat fakültəsində olub. Açılış mərasimində təşkilat komitəsinin həmsədrləri dr. Mətin Haqverdioğlu və dr. Fariz Xəlilli çıxış edərək simpozium iştirakçılarını salamlayıblar. Simpoziumda Türkiyənin bir çox universitetlərindən, eləcə də Azərbaycan Dövlət Pedaqoji Universiteti və onun Şamaxı filialı, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu, Nizami adına Ədəbiyyat İnstitutu, M.Füzuli adına Əlyazmalar İnstitutu, Folklor İnstitutu, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Təhsil İnstitutu, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Universiteti, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, İtaliya Beynəlxalq Yokoku Assossasiyası, Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram Teatrı, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutu, İran Aşıqlar Birliyini təmsil edən nümayəndələr iştirak ediblər.

AMEA Folklor İnstitutunu simpoziumda İnstitutun aparıcı elmi işçisi, fil.ü.f.d., dos. Sönməz Abbaslı “Qarabağda toy adətləri”, Fəridə Mirişova isə “Şirvan bölgəsinin musiqi folkloru” başlıqlı məruzələrlə təmsil ediblər. Fil.ü.f.d., dos. Sönməz Abbaslı simpoziumun növbəti günü IV bölməyə sədrlik edib.
Oktyabrın 27-də simpozium iştirakçıları Amasiya qalası və muzeyləri ilə tanış olublar. Daha sonra Amasiyanın Suluova şəhərində Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş tədbir keçirilib. MİRAS İctimai Birliyinin “Xançoban” folklor ansamblının, xanəndə Fəridə Mirişovanın, İran Aşıqlar Birliyinin ustad aşıqları Aşıq Səlcuq Şahbazi və Aşıq Arif Həmidinin, Rusiya Federasiyası Dərbənd Azərbaycan Dövlət Dram Teatrının aktyorlarının çıxışları maraqla qarşılanıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.