“Çıldırlı Aşıq İrfani: şeirləri, haqqındakı dastan-rəvayətlər” kitabı haqqında məqalə işıq üzü görüb
AMEA Folklor İnstitutunun Xarici əlaqələr bölməsinin müdiri Əli Şamil elmi yaradıcılıq sahəsində bir-birindən dəyərli kitab və məqalələrə imza atıb. Onun xüsusilə Ağbaba-Çıldır-Ahıska aşıq mühitinin sənətkarları haqqında araşdırmaları diqqət çəkir. Aşıq İskəndər Ağbabalı, Xəstə Hasan, Çıldırlı İrfani və bir çox bölgə aşığı Əli Şamilin gərgin araşdırmaları nəticəsində Azərbaycan oxucusuna təqdim edilib. AMEA Folklor İnstitunun əyani doktorantı fil.ü.f.d., dos. Nailə Əskərin Ankarada çıxan “Bizim Ahıska” jurnalının 2018-ci il 51-ci sayısında çap olunmuş “İrfanî Derya-Ummandı, Geçmek Olmaz Adasın…” adlı məqalə də Əli Şamilin bu fəaliyyəti barədə, xüsusilə yeni nəşr olunmuş “Çıldırlı Aşıq İrfani: şeirləri, haqqındakı dastan-rəvayətlər” kitabı haqqındakı fikirləridir.
Məqaləni oxu |