Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
01.04.2018

Folklor İnstitutu “Heydər Əliyev və folklor” mövzusunda elmi konfrans keçirib

Aprelin 30-da AMEA-nın Əsas binasında Folklor İnstitutunun təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş “Heydər Əliyev və folklor” adlı elmi konfrans keçirilib.
Konfransı açıq elan edən Folklor İnstitutunun direktoru, akademik Muxtar Kazımoğlu-İmanov Azərbaycan xalqının mənəvi dünyasının ən qiymətli sərvəti olan ədəbiyyatımıza, mədəniyyətimizə Ümummilli lider Heydər Əliyevin diqqət və qayğısından söhbət açıb. O, dünya şöhrətli ictimai-siyasi xadim, böyük şəxsiyyət Heydər Əliyevin bütün sahələrdə olduğu kimi, mədəniyyətimizə, o cümlədən folklorumuza də daim xüsusi diqqətlə yanaşdığını qeyd edib. Muxtar Kazımoğlu-İmanov bildirib ki, Heydər Əliyev təkcə yazıçı və şairlərimizin, musiqiçilərimizin, heykəltaraşlarımızın deyil, həm də folklor abidələrimizin, böyük aşıqlarımızın yubileylərinin qeyd edilməsinə böyük önəm verib: "H.Əliyevin 1972-ci ildə Aşıq Ələsgərin 150 illik yubileyinin keçirilməsi haqqında imzaladığı sərəncam Qərbi Azərbaycanın (İrəvan Çuxurunun, Vedibasarın, Göyçənin, Zəngəzurun və s.) tarixi-mədəni irsinin Azərbaycan xalqına mənsubluğunun rəsmən bəyan edilməsi olub və bu irsə sahib çıxmağımız üçün bir işarə mahiyyəti daşıyıb. Bu sərəncamla bağlı Azər-baycanda, Ermənistanda və SSRİ-nin paytaxtı Moskvada keçirilən rəsmi tədbirlər indi Ermənistan adlandırılan torpaqlardakı tarixi və mədəni irsə xalqımızın və dövlətimizin haqlı iddiasının əsasını qoy-ub. Bu sərəncam təkcə Aşıq Ələsgər irsinin deyil, Qərbi Azərbaycandakı aşıq mühiti və onun görkəmli nümayəndələrinin (Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı, Növrəs İman, Aşıq Məmmədhüseyn və b.) poetik irsinin toplanması və tədqiqi işində müstəsna rol oynayıb. H.Əliyev Aşıq Ələsgərin yubiley tədbirlərinin ardınca 1981-ci ildə Aşıq Alının 180 illik yubileyinin qeyd olunması ilə bağlı sərəncam imzalayıb. H.Əliyevin bu kimi sərəncamları Ermənistan rəhbərliyini Göyçədə yubiley tədbirləri keçir-məyə, böyük sənətkarlarımıza abidələr ucaltmağa məcbur edib. Həmin illərdə Ermənistan SSR-in rəsmi qəzetlərində, xüsusən “Sovet Ermənistanı”nda Azərbaycan xalqına məxsus yüzlərlə folklor örnəyi çap edilib, folklorumuz, aşıqlar və el şairlərimiz haqqında silsilə yazılar dərc olunub. 1970-80-ci illərdə Azərbaycanın ayrı-ayrı bölgələrində saz məktəbləri, aşıq ansamblları, aşıq muzeyləri yaradıl-ıb, folklor bayramları mütəmadi xarakter alıb. 1978-ci ildə Cəbrayılda təşkil olunmuş “Qurbani saz bayramı” xüsusilə yaddaqalan olub, 1979-cu ildə Gəncədə məşhur “Çeşmə” folklor teatrı, 1980-ci ildə ilk dəfə olaraq, aşıq qızlar ansamblı – “Aygün” fəaliyyətə başlayıb. Televiziya və radioda dastan axşamları, milli-mənəvi dəyərləri təbliğ edən “Ozan”, “Bulaq”, “Odlar yurdu”, “Ocaq”, “Elin sazı – elin sözü” verilişləri meydana gəlib. Həmin illərdə Respublika sarayında “Koroğluya qayıdaq” adlı aşıq gecələri təşkil olunub. 1979-cu ildə “İrs” folklor ansamblı fəaliyyətə başlayıb. H.Əliyev müstəqil Azərbaycan Respublikasının Prezidenti seçildikdən bir il sonra – 1994-cü ildə Azərbaycan folklor-şünaslığı üçün yaddaqalan hadisə baş verib, Azərbaycan Milli Elmlər Akademiyasında xüsusi statuslu qurum – “Folklor Sarayı” Elmi-Mədəni Mərkəzi yaradılıb. Həmin işlərin növbəti bir göstəricisi kimi yaranan Folklor İnstitutu (2003) milli-mənəvi dəyərlərin qorunması və müstəqil dövlət quruculuğu işi-nə səfərbər edilməsi istiqamətində fəaliyyətə başlayıb. Folklor İnstitutu AMEA-nın müstəqil struktur vahidi kimi fəaliyyət göstərdiyi qısa müddətdə elmi, elmi-praktiki və elmi-təşkilati istiqamətdə mühüm addımlar atıb.


AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli isə çıxışında xalqın milli kimliyinin göstəricilərinin folklorda qorunub saxlanıldığını, məhz bu səbəbdən mili mənəvi dəyərlərə xüsusi önəm verən Ulu öndər Heydər Əliyevin humanitar siyasətində folklorun yeri və çəkisinin həmişə seçildiyini bildirib. İsa Həbibbəyli Ulu öndər Heydər Əliyevin müvafiq sərəncamına əsasən, 1998-ci ildə Azərbaycan xalqının tarixini, milli köklərini özündə əks etdirən “Kitabi-Dədə Qorqud” dastanının 1300 illik yubileyinin dünya səviyyəsində keçirildiyini, 2003-cü ildə AMEA-nın Folklor İnstitutunun yaradıldığını və Ümummilli liderin mədəniyyət, ədəbiyyat sahəsində apardığı siyasətin bu gün də davam etdirildiyini vurğulayıb. Bildirib ki, hazırda bu sahədə çalışan insanlar qayğı ilə əhatə olunublar. Mədəniyyətimizin inkişafına diqqət və qayğı nəticəsində mədəni irsimiz, incəsənətimiz, o cümlədən aşıq sənətimiz dünya miqyasında tanınıb. Azərbaycan aşıq sənəti 2009-cu ildə UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib.


Daha sonra çıxış edən AMEA Humanitar Elmlər Bölməsinin akademik-katibi, akademik Teymur Kərimli ulu öndər Heydər Əliyevin tarixi köklərimizə, türk dünyasının qədim eposlarına, folklorumuza daim yüksək qiymət verdiyini söyləyib.
AMEA Folklor İnstitutunun "Folklor və yazılı ədəbiyyat" şöbəsinin müdiri, AMEA-nın müxbir üzvü, əməkdar elm xadimi Kamran Əliyev “Heydər Əliyev siyasətinin poetikası” adlı məruzəsində bildirib ki, müstəqillik həyatın bütün sahələrində Azərbaycana yeniliklər gətirdiyi kimi, müraciət etiketlərinin də müəyyən qədər yeniləşməsinə, bir növ müstəqilləşməsinin ciddi təkan verib: "Səciyyəvidir ki, müraciət etiketləri ilə bağlı olan həmin sözlər və ifadələr hər hansı bir asılılığı qəti şəkildə rədd edirdi. Heydər Əliyev tərəfindən işlədilən yeni xarakterli etiketlər müstəqil dövlət başçısının və müstəqil düşüncə sahibinin işlətdiyi etiketlər idi. Hətta Heydər Əliyevin şəxsində bir çox qeyri-rəsmi etiketlər də rəsmi etiketlər səviyyəsinə qaldırıldı. Bunun ən bariz nümunəsi «dostum, qardaşım» müraciəti idi. Heydər Əliyevin nitqlərində xalqa müraciət etiketləri həm də unudulmaz bir tarixdir".


DTX-nın Heydər Əliyev adına Akademiyasının fakültə rəisi, fil.ü.e.d. prof. Cəlal Qasımov “Liderlikdən ümummilli liderliyə aparan yol” məruzəsində bildirib ki, Heydər Əliyev DTK-da işlədiyi dövrdə ilk öncə milliləşmə siyasətini ortaya atıb və 50-ci illərdən milliləşmə prosesinə başlayıb. Alim bildirib ki, milliləşmə heç də DTK orqanlarında azərbaycanlıların sayının çoxaldılması demək deyildi. Milliləşmə milli təfəkkürə, milli əxlaqa, milli yaddaşa malik şəxslərin dövlət təhlükəsizlik orqanlarına cəlb edilməsi idi.
AMEA Folklor İnstitutunun "Mərasim folkloru" şöbəsinin müdiri Ağaverdi Xəlil “Heydər Əliyev və mərasim mədəniyyəti” mövzusunda məruzəsində bildirib ki, Ulu öndər Heydər Əliyevin mərasim mədəniyyətimizlə bağlı geniş və strateji xarakterli fəaliyyətinin dörd mühüm istiqamətini qeyd etmək olar: mərasimlərin bərpası, mərasim yaradıcılığı, mərasimlərin təşkili və mərasim davranışı. Rəsmi dövlət mərasimlərinin təşkili ilə yanaşı bu mərasimdə iştirakın ən mükəmməl rəsmi nümunəsini göstərən Heydər Əliyev əslində yeni dövr dövlət mərasim mədəniyyətimizin əsaslarını müəyyənləşdirib.
Məruzələrlə bağlı müzakirələrdən sonra konfrans öz işini yekunlaşdırıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.