“Görkəmli Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasib” adlı kitab nəşr olunub
“Görkəmli Azərbaycan folklorşünası Məmmədhüseyn Təhmasib” adlı kitabda 5 oktyabr 2017-ci ildə Bakı şəhərində AMEA Nizami adına Ədəbiyyat İnstitutu və AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə M.H.Təhmasibin anadan olmasının 110 illiyinə həsr olunmuş Elmi Konfransın materialları toplanıb.
Kitabın elmi redaktoru AMEA-nın həqiqi üzvü Muxtar Kazımoğlu-İmanov, tərtibçilər: AMEA-nın müxbir üzvü, Əməkdar elm xadimi, prof. Kamran Əliyev və fil.ü.f.d., dos. Fidan Qasımovadır. |