Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
30.03.2018

RUSİYADA FOLKLORÇULARIN IV KONQRESİ KEÇİRİLİB

Bu yaxınlarda Rusiya Federasiyasının Tula şəhərində folklorçuların IV konqresi keçirilib. Konqres Rusiya Federasiyası Mədəniyyət Nazirliyi, V.D.Polenova adına Rusiya Dövlət Xalq Yaradıcılığı Evi, Tula vilayəti Mədəniyyət Nazirliyi, Tula vilayəti sənət, xalq mədəniyyəti və turizmin inkişafı mərkəzləri Birliyi tərəfindən təşkil olunub.
Rusiya Mədəniyyət Nazirlyi tərəfindən 4 ildən bir keçirilən bu folklor konqresinin dördüncüsü tanınmış alimlər Pyotr Vasilyeviç Kireevskinin (1808-1856) anadan olmasının 210 və Aleksandr Nikolayeviç Veselovskinin (1838-1906) 180 illiyinə həsr olunub.
Konqresin açılış mərasimi RF Mədəniyyət naziri V.R.Medinskinin təbrik məktubunun oxunması ilə başlanıb. Sonra V.D.Polonova adına Rusiya Dövlət Xalq Yaradıcılığı Evinin direktoru, YUNESKO-da qeyri-maddi irsin qorunması üzrə komissiyanın Rusiya komitəsinin sədri T.V.Purtova çıxış edərək iştirakçılara konqres təşkilatçılarının təbriklərini və arzularını çatdırıb.
IV konqresin təşkilat komitəsinin sədri, Rusiya Elmlər Akademiyasının müxbir üzvü, REA Perm federal tədqiqat mərkəzinin təmsilçisi, tarix elmləri doktoru A.V.Çernıx çıxışında konqresin təşkili məsələlərindən və əhəmiyyətindən danışıb.
Tula vilayəti mədəniyyət naziri T.V.Rıbkina çıxışında bu tədbirin miqyasının genişliyindən, iştirakçıların və bölmələrin sayının çox olmasından, burada təşkil edilən dəyirmi stolların yaratdığı müzakirə imkanlarından bəhs edib.
Konqresin açılış mərasimi Tula kremlindəki muzey-sərgi kompleksində gerçəkləşib. Sonra Kaluqa, Lipets, Moskva, Tula vilayətlərinin folklor kollektivlərinin çıxışları nümayiş etdirilib.
Konqresin ilk iclası “Folklor ekranda” bölməsi ilə başlanıb. Burada Rusiya “Təmiz qaynaqdan” (mədəniyyət, ənənə, xalq yaradıcılığı) vizual yaradıcılıq festivallarında qalib gəlmiş filmlər nümayiş etdirilib. İkinci iclasda arxiv kinosu və premyeraların, üçüncü iclasda xalq mədəniyyətinin aktuallaşdırılması üzrə proyektlərin təqdimi olub.
Bundan sonra 16 bölmədə - elmin tarixi, dekorativ-tətbiqi sənət və bədii sənət, folklor ənənələrinin aktuallaşdırılması problemi, lokal ənənələr və mədəniyyətlər: müasir tədqiqatlar, musiqi folkloru və etnomusiqişünaslıq: problemlər və perspektivlər, qeyri-nağıl folklor nəsrinin öyrənilməsi məsələləri, folklorun dili, xalq inancı: rəsmi doktrina və xalq izahı, etnik ünsiyyət şəraitində ənənəvi mədəniyyət, müasir folklor, nağıl ənənəsinin öyrənilməsinin problemləri və perspektivləri, folklorşünaslığın nəzəri aspektləri, folklor və müəllif yaradıcılığı, folklorun obrazlı dünyası, uşaq folkloru və etnomədəni təhsilin problemləri, Rusiyanın epik irsi mövzusunda məruzələr dinlənilib.
Konqresdə dünyanın müxtəlif ölkələrindən, o cümlədən, Almaniyadan, İngiltərədən, Fransadan, Finlandiyadan, İtaliyadan, Yaponiyadan, Polşadan, Bolqarıstandan, Slovakiyadan, Litvadan, Estoniyadan, Ukraynadan, Belorusiyadan, Azərbaycandan, Türkiyədən, Qazaxıstandan, Qırğızıstandan, Monqolustandan, Rusiyanın müxtəlif respublikalarından və vilayətlərindən, Altaydan, Xakasiyadan, Sakadan, Tatarstandan, Başqırdstandan və b. nümayəndələr iştirak edib. 5 gün davam edən konqresdə folklorun müxtəlif problemlərinə həsr olunmuş 400-ə qədər məruzə edilib.
Konqredə Rusiya Dövlət Xalq Yaradıcılığı Evinin qeyri-maddi irsin qorunması sektorunun müdiri Varvara Evgeniyevna Dobrovolskayanın sədrliyi ilə keçən iclasda AMEA Folklor İnstitutunun Mərasim folkloru şöbəsinin müdiri Ağaverdi Xəlil “Folklorun öyrənilməsində Azərbaycan və Rusiya elmi əməkdaşlıq əlaqələri” mövzusunda məruzə edib. Məruzədə folklorşünaslıq əlaqələrinin keçmişi icmallaşdırılıb və müasir dövrdə elmi əlaqələrin perspektivləri ilə bağlı təkliflər diqqətə çatdırılıb. Məruzədə qaldırılan məsələlər konqres iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Konqredə türk xalqlarının folkloru ilə bağlı çoxlu sayda məruzələr təqdim edilib. Türkiyənin Aydın universitetindən gəlmiş professor Kamil Vəli Nərimanoğlu Folklor dilinin linqvopoetikası ilə bağlı məruzə edib. Məruzəyə iştirakçılar tərəfindən dərin maraq göstərilib. Tatarıstnadan, Başqırdıstandan, Yakutiyadan gələn folklorşünasların məruzələrində də türk xalqlarının folkloruunun toplanması, qorunması, araşdırılması ilə bağlı maraqlı fikirlər səsləndirilib.
Konqresin gündəliyində xüsusi yer tutan tədbirlərdən biri də folklorşünaslığın nailiyyətlərini özündə əks etdirən yeni kitabların təqdimatı olub. Təqdimat mərasimində AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın həqiqi üzvü Muxtar Kazımoğlu - İmanovun “Azərbaycan folklorunda gülüşün genezisi və poetikası” adlı rus dilində nəşr olunmuş kitabı konqres iştirakçılarına tanıdılıb, əsər haqqında ətraflı məlumat verilib. Konqres iştirakçıları müasir folklorşünaslığın nailliyəti kimi təqdim edilən kitaba dərin maraq göstəriblər.
Konqres öz işini dəyirmi masalarla, mədəni tədbirlərlə, folklor qruplarının konsertləri davam etdirib və mart ayının 5-də qapanış iclası ilə tamamlanıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.