Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
26.02.2018

Akademik Teymur Bünyadovun 90 illik yubileyi qeyd edilib

Beynəlxalq Muğam Mərkəzində görkəmli tarixçi-etnoqraf alim, Əməkdar elm xadimi, akademik Teymur Bünyadovun 90 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbir Beynəlxalq Muğam Mərkəzi və AMEA Folklor İnstitutunun birgə təşkilatçılığı ilə reallaşıb. Tədbiri giriş sözü ilə açan AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov Teymur Bünyadovun həyat və yaradıcılığı haqqında məlumat verib. Bildirilib ki, akademik 856 elmi əsərin, o cümlədən 35 kitab və monoqrafiyanın, 821 elmi məqalənin, “Göz yaşları” romanının, üçcildlik bayatılar kitabının müəllifidir.


Gecədə Xalq şairi Nəriman Həsənzadə, akademik Nizami Cəfərov, professor Qəzənfər Paşayev, professor Şirindil Alışanov, professor Şahin Fərzəliyev, YAP Yasamal təşkilatının sədri Tağı Əhmədov və başqaları yubilyarı təbrik edib, xoş arzularını bildiriblər.
Sonra tədbir Respublikamızın tanınmış musiqi ifaçılarının konsert proqramı ilə davam edib. Konsertdə ifaçıları Nuriyyə Hüseynovanın bədii rəhbərliyi ilə “Qorqud” folklor ansamblı müşayiət edib.
Sonda akademik Teymur Bünyadov çıxış edərək, tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.