Əməkdaşlarımız sertifikat alıblar
26 noyabr 2016-cı ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialında Rusiya Coğrafiya Cəmiyyəti tərəfindən təşkil olunan Beynəlxalq imla yazılışı (Географический диктант) müsabiqəsi keçirilib. Böyük miqyaslı təhsil tədbiri hesab olunan müsabiqədə AMEA Folklor İnstitutunun doktorantları - Əmirli Elnarə Hüseyn qızı və Məmmədova Xalidə Şaiq qızı da iştirak ediblər. Müsabiqənin şərtlərinə uyğun olaraq iştirakçıların coğrafi anlayışları, onların xəritə ilə işləmək bacarığı 30 test sualı əsasında müəyyən edilib. Hər bir iştirakçıya sertifikat təqdim olunub.
![](images/30.11.2017-4.jpeg)
|