Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
6.7.2017

“Ölkəmizdə milli və dini həmrəylik” mövzusunda elmi-praktik konfrans keçirilib

İyulun 5-də Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu, AMEA Folklor İnstitutu və Zaqatala Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Zaqatala şəhərindəki Heydər Əliyev Mərkəzində “Ölkəmizdə milli və dini həmrəylik” mövzusunda elmi-praktik konfrans keçirilib. Tədbir öncəsi iştirakçılar Ümummilli lider Heydər Əliyevin Mərkəzin qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzərək xatirəsinə ehtiramlarını bildiriblər.


Konfransda Zaqatala Rayon İcra Hakimiyyətinin başçısı Mübariz Əhmədzadə çıxış edərək, Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən, 2017-ci ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edildiyini, bununla əlaqədar Zaqatala rayonunda da silsilə tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, Zaqatala rayonunda qədimdən müxtəlif xalqların nümayəndələri, ayrı-ayrı dini dəyər daşıyıcıları mehribanlıq və həmrəylik şəraitində yaşayıb, fəaliyyət göstəriblər. Multikultural dəyərlərin, ənənələrin, İslam həmrəyliyinin qorunub saxlandığı Zaqatalanın 127 min nəfərlik əhalisinin 68 faizini azərbaycanlılar, 21,5 faizini avarlar, 10 faizini saxurlar, qalanlarını isə digər azsaylı xalqların nümayəndələri təşkil edir. Bu xalqların nümayəndələri Azərbaycanı həmişə öz doğma Vətəni hesab edirlər.


AMEA Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov bildirib ki, multikulturalizm, tolerantlıq və İslam həmrəyliyi Azərbaycan xalqının mədəniyyətində həmişə olub, bir-birinə və digər xalqlara münasibətində əsrlər boyu davam edib. Bu gün Azərbaycana gələn qonaqlar Zaqatala rayonunun timsalında multikulturalizm və tolerantlıq nümunələrini əyani şəkildə görürlər. Zaqatalada yaşayan xalqların nümayəndələri vahid bir dövləti, milləti təmsil edən və son dərəcə bir-birinə bağlı olan insanlardır. Onların bir yerdə yaratdıqları mədəniyyət çox zəngindir. Bu mədəniyyət milli və dini baxımdan müxtəlif olsa da, eyni zamanda, bütöv və ahəngdardır.


Konfransda Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondu Zaqatala rayon nümayəndəsi Kəmalə Əhmədova “Tolerantlıq və multikulturalizm ölkəmizdə həyat və düşüncə tərzidir”, AMEA Folklor İnstitutunun əməkdaşları - filologiya üzrə fəlsəfə doktoru Mətanət Yaqubqızı “Azərbaycan folklorunda tolerantlıq və multikulturalizm”, filologiya üzrə fəlsəfə doktoru Zümrüd İbrahimqızı – Mənsimova “Zaqatala folklor mühiti”, filologiya üzrə fəlsəfə doktoru Atəş Əhmədli “Zaqatala son 5 ildə: folklorşünasın qeydləri”, Azərbaycan Respublikasının əməkdar müəllimi Zümrüd Ağakişiyeva “Aşıq Valeh Zaqatala aşıq mühitinin görkəmli nümayəndəsi kimi” mövzularda məruzələr ediblər.


Çıxışlarda vurğulanıb ki, ən qədim zamanlardan Azərbaycanda müxtəlif xalqların nümayəndələri mehribanlıq şəraitində birgə yaşayıb, burada dərin dostluq və qardaşlıq mühiti formalaşıb. Hazırkı dövrdə dünyada yaşanan proseslər onu göstərir ki, hər bir cəmiyyətdə, dövlətdə sabitliyin əsas dayaqlarından biri də multikultural və tolerant dəyərlərin qorunması və inkişaf etdirilməsidir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.