Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
10.6.2017

AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib

İyunun 9-da AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclası Elmi Şuranın sədri, AMEA-nın həqiqi üzvü Muxtar İmanov açaraq gündəlikdəki məsələlər haqqında məlumat verib.
İlk olaraq Folklor İnstitutunun Vikipediya ensiklopediyası ilə əlaqədar fəaliyyəti ilə bağlı bilgi verən Muxtar İmanov bu işin gərəkliyi haqqında danışıb, Azərbaycan folkloru və folklorşünaslığı ilə bağlı elmi məqalələrin hazırlanması məqsədilə şöbələrə tapşırıqlar verib.
Elmi Şurada sonra fil.ü.e.d. Seyfəddin Qəniyevin 65 yaşı ilə bağlı fil.ü.e.d. Seyfəddin Rzasoyun məruzəsi dinlənilib. O, S.Qəniyevin folklorşünaslıq fəaliyyətini hərtərəfli şəkildə təhlil edib, ayrıca olaraq Şirvan folklor mühitinin öyrənilməsində, folklor materiallarının toplanılaraq çap edilməsində alimin özünəməxsus rolunu vurğulayıb.


Fil.ü.f.d. E.Məmmədli, fil.ü.f.d. A.Xəlil, fil.ü.e.d. F.Bayat, fil.ü.f.d. R.Xəlilov və başqları Seyfəddin Qəniyev haqqında ürək sözlərini bölüşüb, ona uzun ömür, cansağlığı, elmi fəaliyyətində yeni uğurlar arzulayıblar.
AMEA-nın həqiqi üzvü Muxtar İmanov 65 yaşı münasibətilə yubilyara təbrik bəlgəsini təqdim edib: “Seyfəddin Qəniyev Şirvan bölgəsində pedaqoji fəaliyyətlə yanaşı uzun illər folklor toplama işi ilə də məşğul olub, xeyli zəhmət çəkib. Ayrıca olaraq aşıq sənəti ilə bağlı materialların toplanılması, aşıqların bioqrafiyalarının yazılması, həyatları ilə bağlı müəyyən rəvayətlərin toplanılması, şeirlərinin sistemləşdirilməsi və çap olunması işındə mühüm xidmətləri var. Seyfəddin Qəniyev yazılı ədəbiyyatın problemləri ilə da məşğul olub. Onun kitabları sabahkı folklor-şünaslarımız üçün məxəzdir”.


Sonda cari məsələlərə (2016-2017 tədris ili Folklor İnstitutunun doktoranturasına qəbul olmuş doktorant və dissertantların fərdi iş planlarının təsdiqi; fil.ü.e.d. Əfzələddin Əsgərova, fil.ü.f.d. Tacir Qurbanova və fil.ü.f.d. Səbinə İsayevaya dosent elmi adının verilməsi barədə) baxılıb. Bu haqda İnstitutun elmi katibi, fil.ü.f.d. Elçin Abbasov məlumat verib. Elmi Şura fil.ü.e.d. Əfzələddin Əsgərova, fil.ü.f.d. Tacir Qurbanova və fil.ü.f.d. Səbinə İsayevaya dosent adının verilməsi üçün AAK qarşısında vəsatət qaldırılmasına səs verib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.