Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
25.5.2017

Eskişəhərdə Cengiz Dağçı Simpoziumu keçirilib

Türkiyənin Eskişeher şəhərindəki Osman Qazi Universiteti ilə Anadolu Universiteti 2017-ci ilin may ayının 16-17-də “Uluslararası Cengiz Dağcı Simpoziumu” keçirib.
“Uluslararası Cengiz Dağcı Simpoziumu”nun proqramına daxil edilmiş məruzələr arasında Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı Aytən Abbasovanın “Cengiz Dağcı yaradıcılığında türkün yurd itkisini milli faciə tipində təqdimi və özünüdərk məsələsi”, AMEA Folklor İnstitutunun əməkdaşı Əli Şamilin “Cengiz Dağcının “Qorxunc illər” romanında Sovet ideologiyasının ifşası” məruzələri də yer alıb.
1919-cu ildə Krımın Qurzuf qəsəbəsi yaxınlığında doğulan Cengiz Dağcı Krım Pedaqoji İnstitutunun tarix fakültəsinə daxil olsa da, 1939-cu ildə onu hərbi məktəbdə oxumağa göndərirlər. İkinci Dünya Savaşı başlayanda o, tank taqımının komandiri vəzifəsində savaşa göndərilir. Lakin müharibənin ilk günləri daha hazırlıqlı alman hərbi birlikləri Sovet tanklarını asanlıqla məhv edir, sağ qalan əsgər və zabitləri əsir götürür.
İkinci Dünya Savaşından sonra Cengiz Dağcı Londonda yaşayır. Orada kiçik bir yeməkxana işlətməklə yanaşı, bədii yaradıcılıqla da məşğul olur. 1956-ci ildən başlayaraq Türkiyədə “Yurdunu itirən adam”, “Onlar da insandır”, “Ölüm və qorxulu günlər”, “O torpaq da bizimdir”, “Kolxozda həyat”, “Dönüş”, “Gənc Temuçin”, “Badam budağından asılı körpələr”, “Mənim kimi biri” və b. romanlarını, hekayələrini, eləcə də “Mən və içimdəki mən» adlı fəlsəfi əsəri nəşr etdirir. Sovetlər Birliyinin çöküşündən sonra isə əsasən xatirələrinə dayanan bədii əsərlər yazır.
2011-ci ilin oktyabrında dünyasını dəyişəndə Türkiyənin o zamankı xarici işlər naziri Ahmet Dağudoğlunun təşəbbüsü ilə yazıçının cənazəsi Londondan gətirilərək doğulduğu kənddə dəfn edilir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.