Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
2.11.2016

ƏMİN ABİDİN “AZƏRBAYCAN TÜRKLƏRİNİN ƏDƏBİYYATI TARİXİ” KİTABININ BİRİNCİ CİLDİ NƏŞR OLUNDU

   Nəşrə hazırlandığından 90 il sonra Əmin Abid (Əhmədov) “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” kitabı işiq üzü gördü. Uzun illər arxiv qovluqlarında qalan, Sovet rejimi yumşalmağa doğru getdikdə isə araşdırıcılar nəşrə hazırlasalar da, çap etdirə bilmədikləri kitabı AMEA Folklor İnstitutu elm adamlarının ixtiyarına verdi. AMEA Elmi Şurasının qərarı ilə “Elm və təhsil” nəşriyyatında 2016-cı ildə çap olunmuş kitaba çoxcildlik “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərinin birinci cildi və 1920-1030-cu illərdə “Maarif işçisi”, “Azərbaycanı öyrənmə yolu”, “Dan yıldızı” jurnallarında nəşr etdirdiyi “Heca vəzninin tarixi”, “Türk xalq ədəbiyyatinda mani növü və Azərbaycan bayatılarının xüsusiyyəti”, “Türk el ədəbiyyatına elmi bir baxış (Oğuznamə)” və b. məqalələri daxil edilmişdir.

   "Kitabi-Dədə Qorqud"la bağlı istər Azərbaycanda, istərsə də dünyanın müxtəlif ölkələrində onlarla kitab, yüzlərlə məqalə nəşr edilsə də, dastanın vətəni sayılan Azərbaycanda bu mövzuda yazılmış ilk sanballı əsərin 90 il sonra çap olunması ədəbiyyatşünaslıq tariximizə bir töhfə olacaqdır. Çünki Əmin Abid 1938-ci ildə həbs edilərək, gülləndikdən sonra onun əsərlərinin oxunması və onlardan istifadə edilməsi də qadağan edilmişdir. Bu səbədən araşdırıcılar və ədəbiyyat tariximizi yazanlar “Kitabi-Dədə Qorqud”un Azərbaycanda öyrənilmə tarixini çox vaxt 1938-ci ildən hesablayırdılar. 1956-cı ildə keçirilən Sov.İKP-nin 20-ci qurultayında Sovet qurluşunun nöqsanları Stalinin adına yazılaraq repressiya olunanların böyük bir qisminə bəraət verildi. Lakin onların əsərlərinin hamısının nəşr edilməsinə icazə verilmədi.

  Əmin Abid də əsərlərinin nəşrinə icazə verilməyən araşdırıcılardan biri idi. Ailə üzvlərinin 1962-ci ildə Azərbaycan prokrorluğuna müraciəti Əmin Abidə ölümündən sonra bəraət verilməsi ilə nəticələnsə də, onun əsərlərini uzun illər nəşr etmək mümkün olmadı.

   Azərbaycan müstəqillik əldə etdikdən sonra Əmin Abidin şeirləri, hekayələri, elmi məqalələri çap olundu, lakin daha önəmli sayılan “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” kitabının nəşri müxtəlif səbəblərdən uzun müddət yubandı. Əsasən “Kitabi-Dədə Qorqud”a və Azərbaycan ədəbiyyatının başlanğıcına həsr olunmuş bu kitabı sonra AMEA Folklor İnstitutu nəşr etdirdi. Professor Bədirxan Əhmədov və Əli Şamilin hazırladığı kitabın layihə rəhbəri AMEA müxbir üzvi Muxtar Kazımoğlu, elmi redaktoru fil.ü.f.d. Rza Xəlilovdur.

   Kitabı diqqətlə oxuyan araşdırıcılarımız 28 yaşlı Əmin Abidin 90 il əvvəl söylədiyi fikirlərin aktuallığının və onun bir çox müddəalarının başqaları tərəfindən təkrarlandığının şahidi olacaqlar.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.