Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
19.9.2016

“Mifoloji xaos: strukturu və poetikası”

   AMEA Rəyasət Heyətinin elmi katibi, filologiya üzrə fəlsəfə doktoru Səfa Qarayevin “Mifoloji xaos: strukturu və poetikası” monoqrafiyası çapdan çıxıb.

   “Elm və təhsil” nəşriyyatı tərəfindən nəfis şəkildə çap olunan monoqrafiyanın elmi redaktoru və “Ön söz”ün müəllifi AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov, rəyçiləri filologiya üzrə elmlər doktoru Seyfəddin Rzasoy, filologiya üzrə elmlər doktoru Ramil Əliyev və filologiya üzrə fəlsəfə doktoru Kəmalə İslamzadədir.

   Monoqrafiyada Azərbaycan folklorunda mifoloji xaosun semantik strukturu və poetikası müasir nəzəri-metodoloji yanaşmalar əsasında araşdırılıb. Tədqiqatda mifoloji xaos və onun kosmoqonik paradiqmaları, mifologiyada xaos semantemi və onun təzahür səviyyələri, folklor yaradıcılığında meydana çıxan mifik-metoforik simvolları müəyyənləşdirilib, həmçinin xaos və kosmosun bir-biri ilə qarşılıqlı müqayisədə spesifik xüsusiyyətləri milli folklor mətnlərinin təhlili əsasında aydınlaşdırılıb.

   Bu tədqiqat işinə qədər Azərbaycan folkloru əsasında xaos probleminin monoqrafik səviyyədə öyrənilməsi təcrübəsinə rast gəlmirik. Müxtəlif səviyyələrdə aparılan tədqiqatlarda yeraltı dünya məsələsinə diqqət yetirilsə də, bu tədqiqat işini xaos probleminin hərtərəfli və sistemli şəkildə öyrənilməsi baxımından bizdə ilk təcrübə hesab etmək olar. Xaos probleminin tədqiqata cəlb olunması folklor obrazlarının mənşəyinin, bu obrazların özünü reallaşdırma imkanlarının daha dərindən araşdırılmasına imkan verir, mifoloji təfəkkürün mədəniyyətdə əks olunmuş transformasiyalarının diqqət mərkəzində saxlanmasına şərait yaradır. Monoqrafiyada təqdirəlayiq cəhətlərdən biri də müəllifin problemə məna axtarışı – semantik struktur prizmasından yanaşması və xaos semantemi ilə bağlı olan məsələləri geniş bir müstəvidə araşdırmaya cəlb etməsidir.

  Yeni nəşr ali məktəb müəllimləri və tələbələr, mütəxəssislər, eləcə də folklor mövzuları ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.