Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
20.6.2016

Folklor İnstitutunda Ramazan Qafarlının yubileyi qeyd edilib

    İyunun 17-də AMEA Folklor İnstitutunda “Dədə Qorqud” şöbəsinin müdiri, fil.ü.e.d., prof. Ramazan Qafarlının 65 yaşı münasibətilə tədbir keçirilib.

    Tədbiri giriş sözü ilə AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov açıb: “Bu gün görkəmli folkorşünas-alim, tənqidçi, publisist, pedaqoq, professor Ramazan Qafarlının 65 yaşı tamam olur. Bu yaxınlarda Ramazan müəllim bütünlüklə yaradıcı taleyini institutumuza bağlayıb. O, mərhum prof. Tofiq Hacıyevdən sonra bizdə “Dədə Qorqud” şöbəsinin müdiridir. Onun “Dədə Qorqud”la bağlı tədqiqatları var, Pedaqoji Universitetdə çalışarkən “Dədə Qorqud” laboratoriyasına rəhbərlik edib, “Dədə Qorqud” dərgisini çap edib, idarəçilikdə böyük təcrübəsi var.

     O, nadir bir sənətkarın ailəsində doğulub, o sənətkar böyük maddi-mənəvi sıxıntılara məruz qalıb. Ramazan müəllimin həyatı çətinliklər içərisində keçib. Şəkidə bir müddət oxuduqdan sonra Bakıya gəlib, orta məktəbi burada bitirib. Ali təhsilini bitirən kimi Elmi Şuranın qərarı ilə universitetdə saxlanılıb. Estoniyada hərbi xidmətdə olub. Rusiyanın müxtəlif şəhərlərində çalışıb. Orta məktəbdə müəllim işləyib, yenidən Pedaqoji Universitetə qayıdıb, orada nüfuz sahibi olub, məşğul olduğu sahənin ən çətin mövzularından yapışıb. Bu cür çətinliklərlə dolu həyat insanın özünəməxsus xarakterindən xəbər verir.

    Uşaq folkloru, uşaq ədəbiyatı mübahisəli anlayışdır. Ramazan müəllim nəinki bu mövzunu namizədlik işi kimi ortaya qoydu, sonradan da həmin problemin üzərində işlədi, tədqiqat işini böyük bir monoqrafiyaya çevirdi.

    Ramazan müəllim doktorluq mövzusunu – “Azərbaycan türklərinin mifologiyası” mövzusunu Sankt-Peterburqda Gertsen Universitetində təsdiq etdirib. Azərbaycana qayıdandan sonra müdafiə etməmişdən öncə Ramazan müəllim bu mövzuda kitablar çap etdirib”.

    Folklor İnstitutunun “Müasir folklor” şöbəsinin müdiri, fil.ü.e.d., prof. Füzuli Bayat: “Ramazan Qafarlı təbiət etibarilə etirazçıdır. O, folklor diliylə desək, xarakterdir, tip, surət deyil. Ona görə ki, öz fikri var. Aspirantlarıma daim məsləhət bildiyim onun “Mif və nağıl” kitabıdır. İlk dəfə mif və nağıl, mif və əfsanənin sərhədlərini, sərhədlərarası keçidi müəyyənləşdirməyə çalışıb. R.Qafarlı bir ədəbiyyatçı kimi ədəbiyyatçı, folklor elminin bayraqdarı kimi folklorçu, insan kimi də insandır. O, səmimi dostdur, dost yolunda ölçü-biçisizdir. 65 yaşa kimi o, elmdə böyük bir təcrübə keçib. Gözəl yol yoldaşı, ailə başçısıdır. Dostuma cansağlığı, uzun ömür arzulayıram. Onun qarşıda bizə bəxş edəcəyi hələ çox əsər var”.

    ADPU-nun professoru Elman Quliyev bildirib ki, onun həyatının hər bir səhifəsi təkrarsızdır: “Onun haqqında müxtəlif aspektdən danışmaq olar. Mənim üçün onun folklorşünaslıq fəliyyətinin zirvəsi mifologiya ilə bağlı yazdıqlarıdır. Onu elm fədaisi hesab edirəm. Onun alim-tələbə, müəllim-tələbə münasibətində indiyə kimi toqquşan məqam görməmişəm. O bu məqamların hamısında bir sevgi qazanıb...”.

     Sonra çıxış edənlər – fil.ü.f. d., dos. Ağaverdi Xəlil, fil.ü.f.d., dos. Qalib Sayılov, fil.ü.f.d. Nail Qurbanov, fil.ü.f.d. Nizami Muradoğlu yubilyarı mənən zəngin bir insan və ciddi alim kimi dəyərləndiriblər.

     Tədbiri AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov yekunlaşdırıb: “R.Qafarlı açıq təbiəti, özünəməxsus xarakteri, döyüşkənliyi ilə yaşamağı bacarır. Bir daha onun haqqında deyilən xoş sözlərə qoşuluram, Ramazan qardaşımıza cansağlığı arzulayıram. Qoy o, ürəyi necə istəyirsə, elə yaşasın və yazıb-yaratsın ”.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.