Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
10.6.2016

AMEA Folklor İnstitutu “I Türkoloji Qurultay – 90.
Görünən və görünməyən tərəflər” mövzusunda Elmi Sessiya keçirib

    10 iyun 2016-cı il tarixində AMEA-nın Əsas binasının kiçik akt zalında AMEA Folklor İnstitutunun təşkilatçılığı ilə “I Türkoloji Qurultay – 90. Görünən və görünməyən tərəflər” mövzusunda Elmi Sessiya keçirilib.
Elmi Sessiyanı giriş sözüylə AMEA-nın vitse-prezidenti, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəyli açıb və bildirib ki, sessiya Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin “I Türkoloji Qurultayın 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncamı ilə bağlı təşkil olunub. Akademil onu da bildirib ki, belə tədbirlər I Türkoloji Qurultayın 100 illiyinə hazırlıq rolunu da oynayır. Görülən işlər haqqında ətrafli bilgi verən İ.Həbibbəyli çıxışında qeyd edib ki, mətbuatda çap olunan məqalələr bu sərəncamdan irəli gələn vəzifələrin icrası baxımından AMEA rəhbərliyini qane etmir: “Akademiya alimlərinin bu istiqamətdə fəallaşmasını, I Türkoloji Qurultay, onun idealları, ayrı-ayrı görkəmli təmsilçiləri, onların acınacaqlı taleyi, türkologiyanın bugünkü vəzifələri haqqında geniş məqalələrin, klitabların yazılmasını vacib sayırıq. Dövlət səviyyəsində bizə verilən bu şansı elmi cəhətdən məsuliyyətlə, həm də zəhmətlə dəyərləndirməyə borcluyuq”. I Türkoloji Qurultayın əsas işinin latın qrafikalı əlifbaya keçməklə bağlı məsələlərlə bağlı olduğunu vurğulayan İ.Həbibbəyli bununla yanaşı tədbirdə dilçiliyin başqa sahələri, ədəbiyyat, folklor, tarix, etnoqrafiyaya aid çoxsaylı məsələlərin müzakirə edildiyini bildirib. İ.Həbibbəyli çıxışının sonunda Folklor İnstitutunun keçirdiyi bu tədbiri yüksək dəyərləndirib, onun işinə uğurlar arzulayıb.

    AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu (İmanov) bildirib ki, “I Türkoloji Qurultay XX yüzillikdə türk xalqlarının mədəni həyatında baş vermiş ən əlamətdar hadisələrdən biri sayılır. V.Bartold, F.Köprülüzadə, Ə.Hüseynzadə, B.Çobanzadə, G.Mesaroş, N.Poppe, N.Aşmarin, S.Oldenburq, S.Malov, A. Miller, T.Menzel, A.Samoylovıç, A.Krımski və başqa onlarla dünya şöhrətli alim, maarifçi və mədəniyyət xadiminin iştirakı tədbirin möhtəşəmliyindən və nüfuzundan xəbər verir. O məruzələrdə elə fikirlər irəli sürülüb ki, bu gün də çox qiymətli və aktualdır, hətta o fikirlərin bəziləri bizə mübahisələri bu gün də davam etdirməyə imkan verir. Qurultayın görünməyən tərəflərindən biri siyasi rejimin gizli, pərdə arxasında nəzərdə tutulan planları ilə bağlıdır. Bunun ən bariz göstəricilərindən biri sonralar I Türkoloji Qurultayla bağlı bəzi faktların ört-basdır edilməsidir. Məsələn, Ə.Hüseynzadənin məruzəsindən yalnız yarım səhifəlik material qeydə alınıb. Onun məruzəsini başqa mənbələrdən əldə etmişik. Belə faktları çox sadalamaq olar.

Qurultayda irəli sürülən fikirlər 1937-ci ildəki qanlı hadisələrin əsas istinad nöqtələrindən biri olub. Bir faktı deyim ki, Azərbaycandan qurultayda 17 nümayəndə iştirak edib. Bir-iki nəfərdən başqa qalan nümayəndələr 1937-ci il repressiyasının qurbanları olublar. Qurultayın 17 iclasının 10-dan çoxu dil məsələlərinə həsr olunub. Ona görə ki, dünən də, bu gün də türk xalqlarının mədəni-mənəvi birliyinin əsas amillərindən biri, bəlkə də birincisi dil faktorudur. I Türkoloji Qurultayın ən çox mübahisə doğuran məsələsi əlifba məsələsidir. Latın qrafikasına keçmək məsələsi Tatarıstandan və Qazaxıstandan gələn görkəmli türkoloqlar Qalimcan Şərəf və Əhməd Baytursun tərəfindən kəskin etirazla qarşılanıb, onlar ərəb əlifbasında olan klassik irsdən uzaq düşmək təhlükəsini xüsusi olaraq diqqətə çatdırıblar. Xatırladım ki, həmin təhlükə bu gün özünü göstərməkdədir. Bu gün sıravi vətəndaşlar bir yana, ziyalıların çox böyük əksəriyyəti ərəb əlifbasında yazıb-oxumağı bacarmırlar. Orta və ali məktəblərdə ərəb əlifbasını yüksək səviyyədə mənimsətməyə bu gün çox böyük ehtiyac var”.

    Ə.Nəvayi adına Səmərqənd Dövlət Universitetinin professoru, akademik Səxavət Ocıyev iştirakçılara özbək həmkarlarının və Özbəkistanda yaşayan Azərbaycan diasporunun salamını yetirib. O, türkdilli xalqların Sovet repressiyasının zülmünə məruz qalmasından, I Türkoloji Qurultaydan sonra baş verən proseslərdən danışıb: “Özbəkistandan I Türkoloji Qurultayda 13 nəfər nümayəndə iştirak edib. Onlar Bakıdan qayıdandan sonra latın qrafikalı əlifbaya keçmək uğrunda mübarizə aparıblar. Bakıdakı I Türkoloji Qurultayda Səmərqəndi təmsil edən edən iki alim 1930-cu illərdə repressiya olunub”.

   Fil.ü.e.d., prof. Cəlal Qasımov (AMEA Folklor İnstitutu) “I Türkoloji Qurultayın bəzi ideoloji aspektləri” adlı məruzəsində qurultayla bağlı diqqətdən kənarda qalan məqamlara aydınlıq gətirib. Alim vurğulayıb ki, tarixi əhəmiyyətinə baxmayaraq, qurultay bolşeviklərin qurduğu tələ idi: “Türkoloji Qurultay ona görə Azərbaycanda keçirilirdi ki, ilk növbədə Türkiyə ilə yaxınlaşmağı tələb edirdi. Sonradan Atatürkün kommunist olmayacağını görən bolşeviklər planlarını dəyişməyə başladılar”.

   Fil.ü.e.d., prof. Asif Rüstəmli (AMEA Nizami adına Ədəbiyyat İnstitutu) isə məruzəsində bildirib ki, I Türkoloji Qurultayda siyahıya düşməyən qonaqlardan biri Cəfər Cabbarlı olub. O, qurultayın tədbirlərində fəal iştirak edib, bir sıra maraqlı təkliflər irəli sürüb.

    Elmi Sessiyada daha sonra fil.ü.f.d., dos. Seyran Qasımovun (Qafqaz Universiteti) “I Türkoloji Qurultayda folklor məsələləri”, fil.ü.f.d., dos. Afaq Xürrəmqızının (AMEA Folklor İnstitutu) “I Türkoloji Qurultayda qeyri-türk xalqların əlifba və termin problemləri”, Əli Şamilin (AMEA Folklor İnstitutu) “I Türkoloji Qurultayın iştirakçısı Nikolay Katanov və Sibir Türk Respublikası problemi” mövzusunda məruzələri maraqla dinlənilib.

   Bununla da I Türkoloji Qurultaya həsr olunmuş Elmi Sessiya başa çatıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.