Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
25.5.2016

Gülüşlə bağlı önəmli tədbir

    13-15 may 2016-cı ildə Türkiyənin Rizə şəhərində “Türk ədəbiyyatında mizah (yumor)” mövzusunda Beynəlxalq Simpozium keçirilib. Türk Dil Qurumu və Recep Tayyip Erdoğan Universitetinin təşkilatçılığı ilə keçirilən həmin Simpozium özünün səliqə-sahmanı və məruzələrin elmi dəyərinə görə xüsusi olaraq seçilib. Özkul Çobanoğlu, Gülin Öğüt Eker, Nəbi Özdemir, Orhan Kemal Tavukçu, Muhammet Nur Doğan, Fazıl Gökçek, Esma Şimşek, Şeref Boyraz, İsmet Çetin, Ali Yakıcı, Ülkü Eliuz və b. tanınmış elm adamlarının qatıldığı Simpozium öz işini 13 bölmə əsasında qurub. Bölmələrdə xalq ədəbiyyatı və gülüş, klassik ədəbiyyat və gülüş, çağdaş ədəbiyyat və gülüş, gülüşün magik və estetik tərəfləri, cəmiyyətdə mövcud etiketlər və gülüş, qəliblər və gülüş və s. problemlərlə bağlı məruzələr dinlənilib, məruzələr ətrafında səmərəli fikir mübadiləsi aparılıb.

    Simpoziumda Azərbaycanı iki elm adamı - AMEA-nın müxbir üzvü, AMEA Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu-İmanov və filologiya üzrə elmlər doktoru, AMEA Folklor İnstitutunda “Müasir folklor” şöbəsinin müdiri Füzuli Bayat təmsil edib.

    Bölmələrdən birinə oturum başqanlığı (sədrlik) edən Muxtar Kazımoğlu-İmanov Simpoziumda “Gülüşün magik mahiyyəti” mövzusunda məruzə ilə çıxış edib.

    “Sözlü (şifahi) kültürdə protesto yönüylə mizah” adlı məruzə ilə Simpoziuma qatılan Füzuli Bayat Simpoziumun dəyərləndirmə iclasında da çıxış edib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.