Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
24.5.2016

Əməkdaşlarımız Konyada konfransda iştirak ediblər

12-14 may tarixlərində Türkiyənin Konya şəhərində VI Beynəlxalq Türk İncəsənət, Tarix və Folklor Konfransı keçirilmişdir. Beynəlxalq YOCOCU Asossiasiyası, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Selcuk Universiteti Türk Əl Sənətləri Araşdırma və Tətbiqetmə Mərkəzi, Konya şəhər bələdiyyəsi, Nişantaşı Universiteti və Makedoniya Sosial-Mədəni Antropologiya İnstitutunun birgə təşkilatçılığı ilə baş tutan konfransda Folklor İnstitutunun əməkdaşları – böyük elmi işçi Sahibə Paşayeva “Sədnik Paşa Pirsultanlı və Azərbaycan əfsanələri” və filologiya üzrə fəlsəfə doktoru, dosent Sönməz Abbaslı “Qarabağ folklorunda miflər, mifik əfsanə və rəvayətlər” adlı məruzə ilə iştirak ediblər. Qeyd edək ki, konfransda 8 ölkədən ─ Azərbaycan, İran, İtaliya, Moldova, Makedoniya, Almaniya, Türkmənistan və Türkiyədən 130-a qədər nümayəndə iştirak edib. Azərbaycan alimlərindən AMEA Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Ərtegin Salamzadənin “Türk incəsənətində Qorqud obrazı”, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun böyük elmi işçisi, prosessor Qafar Cəbiyevin “Girdman vilayətinin ilk orta əsr mədəniyyət abidəsləri”, Azərbaycan Texniki Universitetinin professoru Şikar Qasımovun “Tarixi abidələr mədəni irsimizin ayrılmaz parçasıdır”, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyinin sədri, tarix üzrə fəlsəfə doktoru Fariz Xəlillinin “Axtaçılar”, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dosenti, pedaqogika üzrə fəlsəfə doktoru Nazilə Abdullazadənin “XX əsr Azərbaycan şairi Əliağa Vahidin lirikasında gül və bülbül poetik obrazları”, Avrasiya Universitetinin baş müəllimi Çiçək Hüseynovanın “Çağdaş Azərbaycan nəsrində ədəbi detallar (Elçinin “Qarabağ şikəstəsi” hekayəsi və “Bayraqdar” adlı qısa romanı)”, AMEA Əlyazmalar İnstitutunun elmi işçisi Tahirə Əliyevanın “Piri Rəisin “Kitab-i Bahriyye” əsərində yeddi dəniz”, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin doktorantı Günel Seyidəhmədlinin “Azərbaycanın qadın heykəltəraşları”, AMEA Memarlıq və İncəsənət İnstitutunun doktorantı Gülşən Qasımzadənin “Azərbaycan tarixi sarayları və onların bədii tərtibatında istifadə olunmuş xalılar” adlı məruzələri də böyük maraq doğurub. Konfransın sonuncu günü iştirakçılar Sille antik dövr abidəsini, Mövlanə Cəlaləddin Ruminin türbəsi və xatirə muzeyini, Karatay mədrəsəsi və muzeyini ziyarət ediblər.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.