“I Türkoloji Qurultayın görünən və görünməyən tərəfləri”
Azərbaycan Respublikası Prezidenti c ənab İlham Əliyev 8 fevral 2016-cı ildə türk xalqlarının, o cümlədən Azərbaycan xalqının mədəni həyatında müstəsna rol oynadığını nəzərə alaraq, Birinci Türkoloji Qurultayın 90 illik yubileyinin layiqincə keçirilməsini təmin etmək məqsədi ilə sərəncam imzalamışdır.
AMEA Folklor İnstitutu bu sərəncamdan irəli gələn vəzifələri həyata keçirmək üçün 10 iyun 2016-cı il tarixində AMEA-nın kiçik akt zalında “I Türkoloji Qurultayın görünən və görünməyən tərəfləri” mövzulu elmi sessiya keçirəcəkdir.
**** AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI
FOLKLOR İNSTİTUTU
I BAKI TÜRKOLOJİ QURULTAYI – 90
GÜRÜNƏN VƏ GÖRÜNMƏYƏN TƏRƏFLƏR
Elmi Sessiya
PROQRAM – DƏVƏTNAMƏ
10 iyun 2016-cı il
Bakı şəhəri
Sizi
10 iyun 2016-cı ildə “I Bakı Türkoloji Qurultayı – 90. Görünən və görünməyən tərəflər” mövzusunda keçiriləcək elmi sessiyaya dəvət edirik. Elmi sessiya AMEA Əsas binasının kiçik akt zalında (H.Cavid prospekti 31, 2-ci mərtəbə) saat 10.30-da keçiriləcəkdir.
Hörmətlə
Təşkilat komitəsi
Əlaqə telefonlarımız (00994124929314, 00994124981621)
|