NAİLƏ ƏSKƏRİN MƏQALƏSİ “MODERN TÜRKLÜK ARAŞTIRMALARI” DƏRGİSİNDƏ
Türkiyədəki Ankara Universiteti Dil və Tarix-Coğrafya Fakültəsinin Çağdaş Türk Ləhcələri və Ədəbiyyatları Bölməsi ölkənin ən nüfuzlu türkoloji mərkəzlərindən biri kimi tanınır. Universitetin nəşrlərindən olan “Modern türklük araştırmaları” dərgisi də elmi dəyəri ilə seçilir. Həmin dərginin 2015-ci il aralıq (yanvar) ayında çap olunan 12-ci cildinin 4-cü sayında AMEA Folklor İnstitutu “Dədə Qorqud” şöbəsinin böyük elmi işçisi Nailə Əskərin “Azərbaycan araşdırmalarında Necip Fazıl Kısakürək” məqaləsi nəşr edilmişdir. Dərginin internet saytı var. Məqalə ilə maraqlananlar onu aşağıdakı saytdan oxuya bilərlər.
https://onedrive.live.com/redir?resid=7692EB6D62CDE381!536&authkey=!AAUubezDMQ-wgzI |