Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
29.4.2016

“Ölüm sevinməsin qoy...”

Həyata fəlsəfi bir nəzərlə bax.
N.Həsənzadə

    Qismət bir tərəfdən verəndə, bir tərəfdən də alır, – deyirlər. Həyatda bütöv sevinc olmur, -deyən müdriklər də var. Doğrudan da, həyata fəlsəfi yanaşmaq, onun hər üzünə tab gətirib, ağrı-acılarına sinə gərməyibacarmaq lazım imiş. Əks halda insan tez sınar, bədbinliyə qapılmaqla özünü vaxtından əvvəl məhvə sürükləmiş olar. Axı, şair demiş, dünya əzabına dözənlərindi. Bu dünyada neçə-neçə sevinclər, xoşbəxtliklər, gözəlliklər, səadətlər olduğu kimi, paralel olaraq acılar, məşəqqətlər, faciələr də qarşıya hər an, hər addımda çıxa bilər və çıxır da. Mənəvi cəhətdən nəhəng, əzəmətli o insanlardı ki, onlar ən dəhşətli faciələr yaşayanda belə sınıb diz çökmürlər. Canlarını dərd, qüssə içəridən didib-sökəndə də ağayanalıqlarını itirmirlər. Səbirlə, təmkinlə, sızlayıb-sıtqamadan başqalarının – yaxınlarının rahatlıqlarını pozmaqla diqqəti öz faciələrinə çəkməyə cəhd etmədən dözürlər. Dərdindən çox sevincini paylaşmaq əqidəsində olan bu cür xeyirxah, ağayana şəxsiyyətlərdən biri kimi, fikrimizcə, Muxtar Kazımoğlu İmanovun da adını cəsarətlə çəkə bilərik. Muxtar müəllim bir alim, ictimai xadim, bacarıqlı təşkilatçı, rəhbərkimi nə qədər sayğı və nüfuz sahibidirsə, həyatın ən ağır zərbələrinə tuş gələndə də bir o qədər səbir, iradə, mətanət sahibidir. O öz dərdinin, amansız tale faciəsinin önündə kükrəyib daşmadı, hay-haray qoparmadı, qranit heykəltək, lal qayatək mərd dayandı. İçindən qovruldu, hay-harayı içində qıvrıldı, əridi, dərd çəkdi, amma səsini çıxarmadı, heç kəsi narahat etmədi, təsəlli, kömək ummadı, öz dərdini təkbaşına, mərd çəkdi. Dözdü oğul dağına Muxtar müəllim. Ona namərdcəsinə arxadan zərbə vuran taleyin gözlərinin içinə düz baxaraq, “Başqa əlindən nəgəlir, ay bimürvət ?!” – deyə onun özünü qalib hiss etməsinə, qələbəsinin sevincini yaşamasına imkan vermədi. “Fələk, məni etdiyin pisliklərlə, vurduğun zərbələrlə heç vaxt sındıra bilməzsən, aciz vəziyyətimi görə bilməzsən!” –dedi. Fizikanın “təsir əks-təsirə bərabərdir” qanunu əsasında dərdin ağırlığı təpərini də artırdı Muxtar müəllimin. Düzdü, Toğrulunun vaxtsız ölümü onun mənəvi cəhətdən belini də bükdü, dizlərini də. Tanrı oğul itkisini heç vaxt heç bir ataya (elə anaya da) göstərməyəydi kaş!

    Bildiyimə görə, Muxtar müəllimin oğlu Toğrulun adını öz adına yaraşdırdığı Toğrulay adlı körpəcə bir qız yavrusu yadigar qalıb bu dünyada. Onun yaşını, adının nə olduğunu oğul itkisinin acısını dadmış dərdli atanın özündən soruşmağa nə qədər cəhd etdimsə, cəsarətim çatmadı. Daha doğrusu, buna üzüm gəlmədi. Bu mövzuda başımı qaldırıb onun gözlərinin içinə baxa bilmədim. Axırda köməkçisindən soruşdum. Özünü ağayana əzəməti ilə bu unudulmaz acını unutmuş kimi tox tutan alimin yenicə qaysaq tutmaqda olan yarasının qaysağını qoparıb, dərdini təzələyə biləcəyimdən qorxdum. Onsuz da amansız tale Muxtar müəllimə elə bir zərbə vurub ki, o, dərdi nə unuda, nə bölüşə bilir. Amma neyləmək olar ki... Qismətdən qaçmaq mümkünsüz imiş, görünür, dünyada. Elə bu səbəbdən də müdriklər, əzəmətli şəxsiyyətlər qismətin zəhərdən də acı sürprizlərini elə təmkinlə qəbul eləyirlər ki, pislik sahibinin sevinmək, özünü məqsədə çatmış hiss etmək murazı gözündə qalır. Bu da bir təsəllidi, yəqin. Demək olar, düz bir ildi bu təsəlli ilə yaşayır Muxtar müəllim. Yenə öz xalqı, vətəni qarşısında öz xidmətlərini, xeyirxahlıq missiyasını davam etdirir. Dərdini özü üçün, sevincini isə başqaları üçün bilir. Ağıllı, xeyirxah məsləhətlərini heç kəsdən əsirgəmir, ona pislik edən taledən acığını öz yaxşılıqları ilə çıxır həmişə. Tale də bəlkə onun sızlayıb-sıtqamadan dözə biləcəyindən xəbərdar olduğu üçün dərdin ən ağırını yüklədi Muxtar müəllimin çiyinlərinə. Vaxtilə bu filçəkməz yükü böyük Xəlil Rzanın, Hüseyn Arifin, el şairi Ayrım Cavadın, görkəmli saz ustadı Aşıq İmranın kürəyinə yükləmişdi bu fələk. Bir il öncə onların sırasına Muxtar Kazımoğlu adında yeni bir dərddaş da əlavə olundu. Xəlil Rza taleli, Hüseyn Arif naləli Muxtar Kazımoğlu! Taleyin məkrli niyyəti nə Xəlil Rzanı qürurundan, nə Hüseyn Arifi, Şair Cavadı şeirindən uzaqlaşdıra bilmədiyi kimi, Muxtar müəllimi də elmindən ayrı sala bilmədi. Toğrulunu cismani olaraq əlindən alsa da, mənəvi cəhətdən onun varlığını ata qəlbində əbədiləşdirdi. Səməd Vurğun demiş, ölüm sevinməsin qoy!Bundan sonra Muxtar Kazımoğlu bir bədəndə iki ruh olaraq həm özünün, həm də Toğrulunun ömrünü yaşayacaq...

Cəmilə Çiçək
AMEA Folklor İnstitutunun doktorantı,
AJB və AYB-nin üzvü, prezident təqaüdçüsü, tədqiqatçı-publisist

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.