Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
20.4.2016

“Qarabağ əfsanələri”nin təqdimatı olub

Aprelin 19-da AMEA-nın Mərkəzi Elmi Kitabxanasının konfrans zalında Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodik Mərkəzi ilə AMEA Folklor İnstitutunun birgə layihəsi olan “Qarabağ əfsanələri” adlı təbliğat xarakterli nəşrin – açıqca toplusunun təqdimat mərasimi keçirilib.

Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin Mədəniyyət təsisatları üzrə tətbiqi tədqiqatlar şöbəsinin müdiri Məzahir Qarayev giriş sözündə tədbirin önəmi haqqında danışıb.

AMEA Folklor İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu – İmanov çıxışında bildirib ki, “Qarabağ əfsanələri” nəşri bu istiqamətdəki sonrakı işlərə təkan verəcək. “Qarabağ əfsanələri” layihəsinin ideyası insana məhəbbət, insan qüdrətinin vəsfidir. Bu, böyük bir layihənin tərkib hissəsidir. M.K.İmanov indiyə kimi Folklor İnstitutu tərəfindən “Qarabağ: folklor da bir tarixdir” adlı 9 cildlik kitabın Qarabağdan olan, didərgin həyatı yaşayan soydaşlarımızın yaddaşından toplanan zəngin folklor nümunələri olaraq kitablaşdırıldığını bildirib, sabahımız üçün bu kimi nəşrlərin böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Habelə bildirilib ki, Qarabağdan toplanılan elə folklor nümunələri var ki, qəbul olunmuş beynəlxalq nağıl süjetləri kataloquna düşməyib. Bu və başqa faktlar da bir daha təsdiq edir ki, Qarabağ Azərbaycanın çox zəngin mədəniyyət beşiyi, əzəli, əbədi torpağıdır.

M.K.İmanov Folklor İnstitutunun Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi ilə uğurlu əməkdaşlıq etdiyindən danışıb, Elmi-Metodiki Mərkəzlə əməkdaşlıq çərçivəsində Azərbaycanın ayrı-ayrı bölgələrində əhəmiyyətli tədbirlər keçirildiyini qeyd edib.

Mərkəzin direktoru Asif Usubəliyev çıxışında qeyd edib ki, Ermənistanın Azərbaycanın milli-mədəniyyət nümunələrinin mənimsənilməsi siyasətinin qarşısının alınmasına xidmət edən bu nəşrin ilk buraxılışının mətnləri hazırlanan zaman əsas hədəf Qarabağ ərazisinin və Qarabağla bağlı olan bütün mədəniyyət nümunələrinin məhz Azərbaycan xalqına və Azərbaycan tarixinə aid olduğunu isbat etməkdən ibarətdir.

O, sözügüedən nəşrin hazırlanmasında Folklor İnstitutunun direktoru Muxtar Kazımoğlu – İmanova göstərdiyi diqqətə görə təşəkkürünü bildirib.

Açıqca toplusunun tərtibçisi, AMEA Folklor İnstitutu “Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi”nin müdiri İlkin Rüstəmzadə çıxışında vurğulayıb ki, açıqca toplusunda verilmiş əfsanələr Qarabağ sakinlərinin isti ocaqlarından didərgin düşmələrindən sonra - 2012-2015-ci illərdə toplanıb.

Rəssam İlqar Mehdiyev bildirib ki, açıqcalardakı rəsmlərin hamısı əfsanələrə uyğun şəkildə çəkilib.

Tədbirdə Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzlə AMEA Milli Azərbaycan Tarixi Muzeyi arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Əməkdaşlıq Memorandumunu AMEA Milli Azərbaycan Tarixi Muzeyinin direktoru, akademik Nailə Vəlixanlı və Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev imzalayıblar.

Akademik Nailə Vəlixanlı çıxışında bildirib ki, müqavilənin məqsədi Azərbaycan xalqının milli-mənəvi, tarixi sərvətlərinin, mədəni-tarixi abidələrinin təbliği və tanıdılması, habelə tarix, mədəniyyət və incəsənət abidələrinin qorunması və digər mədəniyyət təsisatları arasında fəaliyyətin birgə əlaqələndirilməsi, muzey və digər mədəniyyət müəssisələrində çalışan əməkdaşların müasir peşəkarlıq keyfiyyətlərinə yiyələnmələrinə xidmət edən tədbirlərin görülməsi sahəsində əməkdaşlıq istiqamətlərini müəyyənləşdirməkdir.

Habelə o, təqdim olunan “Qarabağ əfsanələri” nəşrinin əhəmiyyətindən danışıb, xarici dillərə tərcümə edilərək yayılmasının gərəkiyini bildirib.

Tədbirin sonunda Elmi-Metodiki Mərkəz tərəfindən akademik Nailə Vəlixanlıya, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu - İmanova, İlkin Rüstəmzadəyə və İlqar Mehdiyevə fəxri diplomlar təqdim olunub.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.