Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
14.4.2016

Əməkdaşlarımız “Xalq mədəniyyətində ailə” mövzusunda beynəlxalq simpoziumda iştirak ediblər

    25-27 mart 2016-cı il tarixlərində Türkiyənin Ədirnə şəhərində “Xalq mədəniyyətində ailə” mövzusunda beynəlxalq simpozium keçirilib. Simpoziumu Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyi, Trakya Universiteti və Motif vəqfi birlikdə təşkil edib. Simpozium bu yaxınlarda vəfat etmiş tanınmış türk folklorçusu, professor Erman Artunun xatirəsinə həsr olunub.
    Simpoziumun proqramına AMEA Folklor İnstitutunun şöbə müdiri Ağaverdi Xəlilin “Türk dastanlarında evlənmə şəkilləri”, İnstitutun elmi əməkdaşları Qalib Sayılovun “Azərbaycanda ailədaxili qarşılıqlı münasibətlər”, Aynur Cəlilovanın “Azərbaycan-türk ailəsinin inanc və sınamaları”, Akifə Xəlilovanın “Azərbaycan və ingilis atalar sözlərində ailə konsepti” adlı məruzələri daxil edilib.
    Tədbiri Motif vəqfinin rəhbəri Zəki Baykal açaraq türk cəmiyyətində ailənin önəmi və müasir dövrdə ailə dəyərlərinin qorunmasının vacibliyindən bəhs edib. Trakya Universitetinin rektoru, professor Yener Yörük də açılış iclasındakı çıxışında türk ailə mədəniyyətinin dərindən öyrənilməsinin və yaşadılmasının zəruriliyini vurğulayıb.
    Üç bölmədə iki gün davam edən simpoziumun iclaslarında 100-dən çox məruzə dinlənilib. Məruzələrdə türk xalqlarında ailə mədəniyyəti ən müxtəlif istiqamətlərdən araşdırılb. Məruzələr “Xalq kültürndə ailə” adlı məcmuədə nəşr edilib.
    Simpozumun iclasları bitdikdən sonra qonaqları Ədirnə şəhərinin tarixi abidələri ilə tanış etmək üçün gəzinti proqramı həyata keçirilib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.