Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
19.1.2016

Folklor İnstitutunda 20 Yanvar şəhidləri anılıb

    Yanvarın 19-da AMEA Folklor İnstitutunda 20 Yanvar şəhidlərinə həsr olunmuş anım tədbiri keçirilib. Öncə şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri açan İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Muxtar Kazımoğlu-İmanov bildirib ki, bu kimi günlərin qeyd olunması tarixə qayıtmaq, düşünmək-daşınmaq, ibrət dərsi götürmək deməkdir. “O günlərin şəhidləri olmasaq da, şahidləriyik. Şəxsən özüm o gecəni yaxşı xatırlayıram. İnsan şahidi olduğu hadisələri isti-isti o qədər də yaxşı dəyərləndirə bilmir. Üstündən illər keçir, görürsən ki, bunlar təsadüfi baş verən hadisələr deyil”. Alim çıxışında M.Qorbaçovun saxta yenidənqurma siyasəti adı altında xalqlar arasında nifaq salması, azadlıq ideyalarını amansızca boğması və s. məsələlərdən bəhs edib. Bildirib ki, həmin mərhələdə ən çox əzab çəkən Azərbaycan xalqı olmuşdur: “20 Yanvar faciəsinin törədilməsinin bəhanələrindən biri Azərbaycanda xalq hərəkatının vüsəti idi. Qorbaçov da bu fürsətdən istifadə etdi. Guya burada son dərəcə silahlanmış qüvvələr varmış. Amma xalqımızın başına gətirilən faciələr bizi qorxutmadı. Həmin faciəli günlərdə xalqımız doğrudan da həmrəy idi. 20 Yanvar faciəsi xalqımızın həm mübarizə aparmaq, həm də dərd çəkə və birləşə bilmək mədəniyyətini göstərdi”.

    Sonra fil.ü.f.d. Ağaverdi Xəlil çıxış edib və bildirib ki, 20 Yanvarda imperiya qoşunları mülki əhaliyə divan tutub: “O zamankı Sovet hökumətinin rəhbərliyi birmənalı olaraq cinayət işlədi. Ancaq başımıza gələn bu dəhşətli fəlakət milli həmrəyliyimizi möhkəmləndirdi. 20 Yanvarda imperiyanın zəncir həlqəsi qırıldı. Bunu qıran xalqımızın iradəsi idi”.

   Fil.ü.f.d., şair Adil Cəmil çıxışında 20 yanvar gecəsi şahidi olduğu hadisələrdən danışıb, şəhidlərə həsr olunmuş “Qan borcu” poemasından bir hissə oxuyub.  

   Fil.ü.f.d., şair Nizami Muradoğlu da faciə ilə bağlı təəssüratlarını bölüşüb, yenicə yazdığı elegiyasını oxuyub.  

   Sonda M.Kazımoğlu-İmanov anım tədbirini yekunlaşdırıb.

Mətbuat xidməti

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.