Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
07.12.2022

Güney Azərbaycan folklor örnəklərindən ibarət yeni nəşrlər işıq üzü gördü

Folklor İnstitutu “Cənubi Azərbaycan fokloru” şöbəsi əməkdaşlarının gərgin əməyi, Güneyli tədqiqatçıların, ziyalıların, Türkiyədən olan alimlərin birgə səyi öz gözəl bəhrəsini vermiş, Güney folklorunun toplanması, nəşri, tədqiqi istiqamətində yeni addımlar atılmışdır.
Belə ki, AMEA Folklor İnstitutu Elmi Şurasının qərarı ilə nəşr olunan iki yeni folklor toplusu – “Güney Azərbaycan folkloru. XIII kitab” və “Güney Azərbaycan folkloru. XIV kitab” tədqiqatçıların və geniş oxucu kütləsinin ixtiyarına verilib. Kitablara Güneyimizin müxtəlif bölgələrindən toplanmış folklor örnəkləri daxil edilmişdir.
Təbrizdə nəşr olunan və illərlə əməkdaşlıq etdiyimiz “El Bilimi” dərgisindən əldə olunan materiallar əsasında tərtib edilən 312 səhifəlik XIII cildə, eyni zamanda, görkəmli folklorşünas alim Məmmədəli Fərzanənin topladığı bayatılar, həmçinin doktor Gülcan Gülmezin (Kızılören) Xalxal bölgəsi əfsanələri üzərində apardığı araşdırmaları ilə bağlı toplama mətnləri də daxil edilmişdir. Kitab həmçinin, uşaq şeirləri, bayatılar, atalar sözləri, deyimlər, xalq təbabəti nümunələri, inanclar, nağıl və əfsanələr kimi zəngin folklor nümunələrinin yer aldığı dəyərli topludur.
Güney folklor örnəklərinin toplandığı XIV cildə isə o taydakı zəngin şifahi xalq yaradıcılığına aid dastan nümunələri daxil edilib. Həmin dastanlar isə bunlardır: “Qərib-Şahsənəm”, “Əli-Rafi”, “Məmməd Beycan Sövdəgər”, “Qulam Kəmtər”.
“Səsli faylların dinlənilməsi üsulu ilə yazıya alınan bu dastanlar aşıqların sərbəst ifa özəllikləri – dastan söyləyərkən məclisdəkiləri şənləndirmək üçün müxtəlif lətifələrin danışılması, dini rəvayətlərdən söhbət açma, eləcə də ayrı-ayrı xalq mahnılarının zümzümə olunması, bölgə dialekt və şivəsi dil xüsusiyyətlərinə riayət olunması və s. baxımından orijinal mətnlərdir” (M.Maşallahqızı).
“Güney Azərbaycan folkloru” seriyasının layihə rəhbəri AMEA-nın həqiqi üzvü, akademik Muxtar Kazımoğlu-İmanov, cildlərin tərtibçisi fil.ü.f.d., dos. Mətanət Maşallahqızı-Abbasovadır. XIII cildin redaktoru Səadət İbrahimli, mətnləri transliterasiya edənlər fil.ü.f.d. Qiymət Məhərrəmli, Səbuhi Bədəlov, Sürəyya Əlizadədir. XIV cildin redaktoru Lalə Bədirova, səsli faylları yazıya alanlar Leyla Aşurova, Səadət Əliyeva, Lalə Bədirovadır.

Qiymət MƏHƏRRƏMLİ

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.