Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
01.11.2022

Xalq artisti Mələkxanım Əyyubovanın 60 illik yubileyi qeyd olunub



Oktyabrın 28-də Beynəlxalq Muğam Mərkəzində AMEA Folklor İnstitutu və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılğı ilə muğam ifaçısı, Azərbaycan Respublikasının Xalq artisti, professor Mələkxanım Əyyubovanın 60 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Proqramın aparıcısı – Opera və Balet Teatrının baş rejissoru, əməkdar incəsənət xadimi Hafiz Quliyev giriş sözü ilə qonaqları salamlayıb. Sonra AMEA Folklor İnstitutunun baş direktoru akademik Muxtar Kazımoğlu-İmanov çıxış edərək Mələkxanım Əyyubova haqqında öz ürək sözlərini deyib. Akademik Mələkxanım Əyyubovanın bir vaxtlar Folklor Sarayı Elmi Mədəni Mərkəzinin nəzdində fəaliyyət göstərən “İrs” folklor ansamblının solisti olduğunu xatırladaraq bildirib ki, Xalq artistini də məhz ilk dəfə sözügedən ansamblın solisti kimi tanıyıb. Akademik qeyd edib ki, məlahətli səsi, professional sənəti ilə o vaxtdan şöhrət qazanan və sevilən Mələkxanım Əyyubova dünyanın ən böyük ölkələrinin səhnələrində Azərbaycan musiqisini ləyaqətlə təmsil edir. Akademikin fikrincə, həm opera sənətində, həm də digər sahələrdə çalışan Mələkxanım Əyyubovanın ən böyük uğuru xalqın məhəbbətini qazanmağıdır:

“Xalqın məhəbbətini qazanmaq həm də onu sübut edir ki, folklorla bağlı, xalqın mədəniyyəti ilə bağlı şərəfli yol keçə və dünyanın ən böyük mədəniyyətlərini Azərbaycan mədəniyyəti ilə qovuşdura biləsən”. Muxtar İmanov fikirlərinə onu da əlavə edib ki, indi haqqında daha çox danışılan dünyaya inteqrasiyanın ən vacib fəlsəfəsi ondadır ki, öz milli mənliyini ortaya qoyasan və dünya məhz bu yolla səni qəbul etsin. Mələkxanım Əyyubova o sənətkarlardandır ki, Azərbaycan milli mədəniyyətini, musiqisini, muğamını, xalq mahnılarını, təsniflərini dünyaya milli mədəniyyət fəlsəfəsi ilə çatdıra bilir. Akademik çıxışının sonunda böyük sənətkarı həm Folklor İnstitutu, həm də bütövlükdə AMEA adından təbrik edərək, ona yeni-yeni uğurlar arzulayıb.


Tədbirin ərsəyə gəlməsində böyük əməyi olan, “Qorqud” folklor ansamblının rəhbəri, əməkdar artist Nuriyyə Hüseynova da çıxışında Mələkxanım Əyyubovanın sənət yolundan bəhs edib, rəhbərlik etdiyi musiqi kollektivi adından ona yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Yubilyarı təbrik edənlər arasında Mədəniyyət Nazirliyinin musiqi sektorunun müdiri Vüqar Hümbətov, respublikanın Xalq atristləri – Alim Qasımov, Mənsum İbrahimov, Səkinə İsmayılova, Vamiq Məmmədəliyev, Mətləb Müslümov, Millət vəkili Qənirə Paşayeva və digərləri də olub. Mələkxanım Əyyubova tədbir təşkilatşılarına təşəkkürünü bildirdikdən sonra Əhməd Bakıxanov adına xalq çalğı alətləri ansamblının müşayiəti ilə öz repertuarından mahnılar ifa edib.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.