Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
21.10.2022

AMEA Folklor İnstitutu

Hüseyn Cavidin anadan olmasının 140 illiyi münasibətilə

“HÜSEYN CAVİD VƏ MİFOLOJİ DÜŞÜNCƏ”

mövzusunda Respublika Elmi Konfransı

 

(Bakı şəhəri, 15 noyabr 2022-ci il)

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 24 sentyabr 2022-ci il tarixli Səəəncamı ilə bu il Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, mütəfəkkir şair və dramaturq Hüseyn Cavidin (Hüseyn Abdulla oğlu Rasizadə) anadan olmasının 140 illik yubileyi qeyd olunur.

Hüseyn Cavid fəlsəfi müdrikliyin və bədii kamilliyin ahəngdar vəhdətini dolğun təcəssüm etdirən yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı tarixinə işıqlı səhifələr yazmışdır. O, bütün ədəbi fəaliyyəti boyu həqiqəti, insanpərvərliyi və gözəlliyi tərənnüm etmişdir. Şərq poetik fikri zə­mi­nində yüksələn və dünya romantizm ənənələrindən uğurla bəhrələnən filosof-şair Azərbaycan poeziyasında fəlsəfi lirikanın dəyərli nümunələrini meydana gətirmişdir. Qüdrətli sənətkar hu­ma­nist ideallar uğrunda mübarizəyə səsləyən mənzum faciələri və dramları ilə Azərbaycan ədəbiyyatı tarixində yeni mərhələnin təməlini qoymuşdur. Parlaq xarakterlərlə zəngin olub, bir ne­çə nəslin estetik zövqünü formalaşdıran, ədəbiyyat tariximizə yeni nailiyyətlər qazan­dıran bu dramaturgiya milli teatr salnaməsində “Cavid teatrı” kimi önəmli yer tutur. Cavid irsi Azərbaycan ədəbiyyatının qızıl fonduna əbədi olaraq daxil olmuşdur.

Hüseyn Cavid sovet rejiminin ən sərt təzyiqləri şəraitində belə, mənən sarsılmayaraq şəx­siyyətinin bütövlüyünü ləyaqətlə qorumuşdur. Ulu Öndər Heydər Əliyevin şəxsi təşəbbüsü ilə H.Cavidin nəşinin 40 il öncə uzaq Sibirdən vətəninə gətirilməsi və məzarı üzərində məqbərənin ucaldılması sovet totalitarizminin günahsız qurbanlarının rəmzinə çevrilmiş sənətkarın və 1930-cu illərdə repressiyaya uğramış Azərbaycan ziyalılarının xatirəsinə ehtiramın ifadəsidir.

AMEA Folklor İnstitutunun təşkil etdiyi konfransda H.Cavid yaradıcılığının mühüm bir tərəfinə - onun mifoloji düşüncə tərzi ilə bağlılığına diqqət yetirilməsi nəzərdə tutulur.

 

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

 

Sədr:
Akad. Muxtar Kazımoğlu-İmanov – AMEA Folklor İnstitutunun baş direktoru

Elmi heyət (əlifba sırası ilə):

Afaq Ramazanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun icraçı direktoru
Ağaverdi Xəlil – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Elçin Abbasov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun elmi katibi
Elxan Məmmədli – Fil.ü.f.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əfzələddin Əsgər – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əli Şamil – AMEA Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri
Əziz Ələkbərli – Fil.e.d., AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi

Fidan Qasımova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Füzuli Bayat – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri

İlkin Rüstəmzadə – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Leyla Məmmədova – Fil.e.d., dos. , AMEA Folklor İnstitutunun şöbə müdiri
Ləman Süleymanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Mətanət Abbasova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Nailə Rəhimbəyli – Sən.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Oruc Əliyev – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Ramazan Qafarlı – Fil.e.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Rza Xəlilov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Seyfəddin Rzasoy – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri

 

Katiblik:
Gülnar Osmanova – fil.ü.f.d., AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi

Nigar İmaməliyeva – AMEA Folklor İnstitutunun böyük laborantı

 

MÜHÜM TARİXLƏR:

• Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə özətlərini 31 oktyabr 2022-ci il tarixi​nə​dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
• Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 5 noyabr 2022-ci il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.
• Konfrans 15 noyabr 2022-ci il tarixində AMEA Folklor İnstitutunda gerçəkləşdiriləcəkdir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.