Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
19.10.2022

AMEA Folklor İnstitutu

Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illiyi münasibətilə

“MİRZƏ FƏTƏLİ AXUNDZADƏ YARADICILIĞINDA FOLKLOR MOTİVLƏRİ VƏ MİFOLOGİZM”

mövzusunda Elmi Konfrans

 

(Bakı şəhəri, 22 noyabr 2022-ci il)

Bu il Azərbaycan və Yaxın Şərq ədəbiyyatı tarixində önəmli mövqeyə malik olan tənqidçi, şair, realist nəsrin və dramaturgiyanın banisi, ictimai xadim, maarifçi Mirzə Fətəli Axundzadənin (Mirzə Fətəli Məhəmmədtağı oğlu Axundov) anadan olmasının 210 illiyi tamam olur. Dahi ədibin yubileyi münasibətilə tədbirlər, konfranslar, elmi sessiyalar və seminarlar təşkil olunur.

Mirzə Fətəli Axundzadə bütün həyatı boyu doğma vətəninin və xalqının tərəqqisi yolunda yorulmadan çalışaraq dövrün irəli sürdüyü mühüm elmi, mədəni və ictimai-siyasi məsələlərə daim münasibət bildirən və zamanın qabaqcıl ideyalarından bəhrələnməyə çağıran zəngin yaradıcılığı ilə Azərbaycan ədəbiyyatının inkişafı tarixində yeni mərhələnin əsasını qoyub. XIX əsr Azərbaycan ədəbiyyatı tarixinin tam yeni bir istiqamətdə inkişafı, yeni ideya-bədii keyfiyyətlər kəsb etməsi bilavasitə onun adı ilə bağlıdır.

M.F.Axundzadənin yaradıcılığı ədəbiyyat tariximizin ən şərəfli səhifələrindəndir. O, misilsiz istedada malik mütəfəkkir, yazıçı-dramaturq, ictimai xadim olmaqla ədəbiyyat tariximizdə, yeni ədəbi-bədii məktəb yaratmış bir şəxsiyyətdir. Pyesləri ilə Azərbaycan ədəbiyyatı tarixində milli dramaturgiyamızın banisi kimi geniş şöhrət qazanmışdır. Yazdığı “Hekayəti-Molla İbrahimxəlil kimyagər”, “Hekayəti Müsyo Jordan həkimi-nəbatat və dərviş Məstəli şah cadukuni-məşhur”, “Hekayəti-xırs-quldurbasan”, “Sərgüzəşti-vəziri-xani-Lənkəran”, “Sərgüzəşti-mərdi-xəsis (Hacı Qara)”, “Mürafiə vəkillərinin hekayəti” adlı pyesləri, “Aldanmış kəvakib” povesti və “Kəmalüddövlə məktubları” fəlsəfi traktatı və s. əsərləri ilə Azərbaycan ədəbiyyatı tarixində dönüş yaratmışdır.

AMEA Folklor İnstitutunda Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illik yubileyi şərəfinə “Mirzə Fətəli Axundzadə yaradıcılığında folklor motivləri və mifologizm” mövzusunda Elmi Konfrans keçirmək planlaşdırılır. Sizi görkəmli ədibin həyat və yaradıcılığının müxtəlif mərhələlərinə həsr olunacaq məruzələrlə konfransda iştiraka dəvət edirik.

 

KONFRANSIN TƏŞKİLAT KOMİTƏSİ

  Sədr:
Akad. Muxtar Kazımoğlu-İmanov – AMEA Folklor İnstitutunun baş direktoru

Elmi heyət (əlifba sırası ilə):

Afaq Ramazanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun icraçı direktoru
Ağaverdi Xəlil – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Elçin Abbasov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun elmi katibi
Elxan Məmmədli – Fil.ü.f.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əfzələddin Əsgər – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Əli Şamil – AMEA Folklor İnstitutu direktorunun xarici əlaqələr üzrə müşaviri
Əziz Ələkbərli – Fil.e.d., AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi

Fidan Qasımova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Füzuli Bayat – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri

İlkin Rüstəmzadə – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Leyla Məmmədova – Fil.e.d., dos. , AMEA Folklor İnstitutunun şöbə müdiri
Ləman Süleymanova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Mətanət Abbasova – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Nailə Rəhimbəyli – Sən.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri
Oruc Əliyev – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Ramazan Qafarlı – Fil.e.d., AMEA Folklor İnstitutunun şöbə müdiri
Rza Xəlilov – Fil.ü.f.d., dos., AMEA Folklor İnstitutunun şöbə müdiri
Seyfəddin Rzasoy – Fil.e.d., prof., AMEA Folklor İnstitutunun şöbə müdiri

Katiblik:
Gülnar Osmanova – fil.ü.f.d., AMEA Folklor İnstitutunun aparıcı elmi işçisi

Nigar İmaməliyeva – AMEA Folklor İnstitutunun böyük laborantı

MÜHÜM TARİXLƏR:

• Konfransda iştirak etmək istəyənlər 150-200 sözdən ibarət məruzə özətlərini 12 noyabr 2022-ci il tarixi​nə​dək   [email protected]  elektron poçt ünvanına göndərə bilərlər.
• Özətlərin qəbul edilib-edilmədiyi haqqında müəlliflərə 15 noyabr 2022-ci il tarixinədək elektron poçt ünvanı vasitəsi ilə məlumat veriləcəkdir.
• Konfrans 22 noyabr 2022-ci il tarixində AMEA Folklor İnstitutunda gerçəkləşdiriləcəkdir.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.