Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
03.10.2022

Dosent Şakir Albalıyev: Ulu Öndərin dövlətçilik fəaliyyətinin öyrənilməsi hər birimizin vətəndaşlıq borcu olmalıdır

Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan olunması haqqında” Sərəncamı Ulu Öndərin həyat və dövlətçilik fəaliyyətinin öyrənilməsi istiqamətində elm adamlarının qarşısında mühüm imkanlar yaradır. Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə imzalanan bu Sərəncam bir daha yaxın və keşməkeşli dövrümüzü, mürəkkəb ictimai-siyasi hadisələri analiz etmək və Heydər Əliyevin siyasi uzaqgörənliyini öyrənmək, bugünkü və gələcək nəslə çatdırmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Xalqımızın dahi oğlunun elmə, mədəniyyətə, tariximizə, incəsənətə, ədəbiyyata, folklorumuza, bir sözlə, milli-mənəvi irsimizə qayğıkeş münasibətinin dövlət səviyyəsində həyata keçirilməsi də danılmaz faktlardır. İstər sovet dövründə, istərsə də müstəqillik illərində bu dahi dövlət xadiminin yürütdüyü daxili və xarici siyasət zəminində xalqımız və dövlətimiz üçün gördüyü müstəsna xidmətlərin “Heydər Əliyev İli” çərçivəsində ayrı-ayrı elm və sənət xadimləri tərəfindən diqqətlə araşdırılması çox vacib məsələdir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında AMEA Folklor İnstitutunun əməkdaşı, filologiya üzrə fəlsəfə doktoru, dosent Şakir Albalıyev bildirib. O vurğulayıb ki, bir Şərq ölkəsi, bir türk müsəlman ölkəsi olaraq Azərbaycanımızın bir ölkə və dövlət kimi dünyanın nəhəng siyasi fırtına və burulğanlarından salamatlıqla çıxa bilməsi məhz Heydər Əliyevin siyasi dühasının nəticəsi olaraq düşünülməli və dəyərləndirilməlidir. Sovet dövründə 15 müttəfiq respublika arasında 15 il dalbadal keçici Qırmızı Bayrağın qazanılması ölkəmizin Heydər Əliyevin rəhbərliyi altında mühüm uğurlara nail olmasının təntənəsi idi. Bu uğur təkcə siyasi baxımdan qazanılan uğur deyildi, bu uğur iqtisadi, mədəni baxımdan da, digər sahələrdə də paralel olaraq özünü göstərirdi.

O qeyd edib ki, Heydər Əliyev öz siyasi liderliyi ilə ölkəmizi bütün dünyaya tanıtmaqla, əslində, xalqımızın bəsirət gözünü açdı. Siyasi səhnədə bir dövlət, millət olaraq kim olduğumuzun fərqinə vara bildik. Milli şüurumuzun oyanışı ilə yanaşı, vətəndaş həmrəyliyi göstərə bilmək kimi siyasi şüura sahib olduq. Siyasi çəkişmələrin, anarxiyaların girdabından xilas olduq. Bu gün ölkəmizin multikulturalizm, tolerantlıq siyasətinin özəyində Heydər Əliyevin ideoloqu olduğu azərbaycançılıq amalı dayanır. Heydər Əliyev xalqı vahid bir qayə ətrafında – Azərbaycan uğrunda birləşdirə bildi. Ölkəni daxili hərc-mərclikdən, parçalanmaqdan, vətəndaş müharibəsindən qorudu və vətəndaş həmrəyliyi yaratmaqla hamımızı bir məqsəd ətrafında birləşdirdi. Dilindən, dini əqidəsindən asılı olmayaraq hamımız Azərbaycan vətəndaşı kimi vahid bir duyğu – Vətən duyğusu üstündə birləşdik. Bu, Heydər Əliyev dühasının gücü idi.

Ulu Öndər, eyni zamanda, xalqların hər birinin milli-mənəvi dəyərlərinin qorunması və yaşadılmasının qayğısına qalan nəhəng dövlət xadimi idi. Azərbaycanda Folklor İnstitutunun yaradılması da məhz Ulu Öndərin milli-mənəvi irsimizə olan böyük qayğısının nəticəsində gerçəkləşdi. Şifahi xalq ədəbiyyatı xalqımızın əsrlərdən bəri yaratdığı tarixi milli-mənəvi həyat təcrübəsi, milli dəyərlər, adət-ənənələr, mərasim, mədəniyyətimiz və s. bu kimi milli özünüifadə vasitələrimizin ölüb getməməsi üçün, xalqın özünü bir xalq kimi yaşatması üçün Folklor İnstitutunun yaradılması müstəqillik dövründə Ulu Öndərin yeritdiyi milli-ideoloji sistemin tərkib hissəsi kimi qavranılmalıdır.

“Böyük ictimai-siyasi xadim, xalqımızın dahi oğlu Heydər Əliyev fövqəlgücə malik siyasi iradə sahibi idi. O, Azərbaycanımızda sevildiyi kimi, ölkəmizdən xaricdə də onunla hesablaşırdılar. Belə ki, ölkəmizdə yeritdiyi məqsədyönlü daxili siyasətlə yanaşı, apardığı uğurlu xarici siyasəti ilə də dünya ölkələrinin siyasi liderlərini heyran qoyurdu. Bu, Heydər Əliyevin fenomenal düşüncəsinin, əzmkar iradə və xarakterinin nəticəsi idi.

“Heydər Əliyev İli” çərçivəsində xalqımızın dahi şəxsiyyətinin həyatı və yaradıcılığının müxtəlif aspektlərdən öyrənilməsi və örnək olaraq tanıdılması sahəsində hər bir elm adamından hər şeydən öncə, vətəndaşlıq borcu nümayiş etdirməyi tələb edir. Ömrünü dövlətçiliyimizə və xalqımıza həsr etmiş nəhəng Azərbaycanlımızın həyatını və fəaliyyətini öyrənmək və tanıtmaq hər birimizin vətəndaşlıq borcu olmalıdır!” – deyə alim fikrini yekunlaşdırıb.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.