Baş səhifə
   
 
STRUKTUR
Baş direktor
İcraçı direktor
Baş menecer
Elmi katib
 
HAQQIMIZDA
İnstitutun tarixi
İnstitutun elmi şurası
 
ŞÖBƏLƏR
Klassik folklor şöbəsi
Türk xalqları folkloru şöbəsi
Dədə Qorqud şöbəsi
Aşıq yaradıcılığı şöbəsi
Folklor nəzəriyyəsi şöbəsi
Mifologiya şöbəsi
Cənubi Azərbaycan şöbəsi
Müasir folklor şöbəsi
Mərasim folkloru şöbəsi
Folklor və yazılı ədəbiyat şöbəsi
Folklorun toplanması və sistemləşdirilməsi şöbəsi
Təhsil şöbəsi
Azsaylı xalqların folkloru şöbəsi
Folklor fondu
Xarici əlaqələr şöbəsi
Kadrlar şöbəsi
Redaksiya-nəşr bölməsi
"Qorqud" folklor ansamblı
Folklor studiyası
Kitabxana
Mühasibatlıq
Sənədlərlə iş şöbəsi
Təchizat şöbəsi
Sayğac
free counters
 
27.09.2022

Folklor İnstitutunda Elmi Şuranın növbəti iclası keçirilib

26 sentyabr 2022-ci il tarixində AMEA Folklor İnstitutu Elmi Şurasının növbəti iclası keçirilib. İclasın gündəliyində duran ilk məsələ 27 sentyabr ─ Vətən müharibəsi şəhidlərinin Anım Günü ilə bağlı olub. İlk olaraq şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra İnstitutun baş direktoru, akademik Muxtar Kazımoğlu-İmanov giriş nitqi söyləyib. Akademik bildirib ki, biz 2020-ci ilin 27 sentyabrında Ermənistanın hərbi təcavüzünə qarşı Vətən müharibəsinə başlamışıq və bu savaş Azərbaycanın qalibiyyəti ilə başa çatıb. Bu anım gününün iki mənası var: biz şəhidlərimizin xatirəsini yad edirik, eyni zamanda da o tarixi günlərə yenidən qayıdırıq. Fikirlərinə davam edən akademik bildirib ki, bu, Azərbaycan xalqının asan başa gətirdiyi bir qələbə olmayıb. Son günlərin hadisələrinə toxunan baş direktor mübarizənin bu gün də daha kəskin şəkildə davam etdiyini diqqətə çatdırıb.


Gündəlikdəki ilk məsələ ilə bağlı söz alan İnstitutun aparıcı elmi işçisi, fil.ü.f.d.,dos. İlhamə Qəsəbova bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələrinin beynəlxalq hüquq normalarını yenidən kobud surətdə pozaraq, müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə etməklə bir neçə istiqamətdən Azərbaycan Respublikasının yaşayış məntəqələrini və hərbi mövqelərini atəşə tutmaqla törətdikləri hərbi təxribat nəticəsində mülki şəxslər və hərbçilər arasında ölən və yaralananlar olub. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçib, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin canı və qanı bahasına azad edilib.


Daha sonra prof. Füzuli Bayat çıxış edərək qeyd edib ki, 44 günlük müharibə onu göstərdi ki, lazım gələrsə Azərbaycan öz tarixi torpaqlarını da geri ala bilər. Yetər ki, biz həm siyasi, həm də əsgəri iradəmizi ortaya qoya bilək.


Prof. Seyfəddin Rzasoy da söz alaraq bildirib ki, biz həqiqətən də antropoloji geni pozulmuş bir millətlə üzbəüzük. 44 günlük müharibə nə qədər kədərli, nə qədər qanlı və nə qədər acı olsa da, milli kimliyimizi özümüzə geri qaytarmaq üçün bizim buna böyük ehtiyacımız var idi.


Sonda söz alan prof. Ramazan Qafarlı da çıxışı zamanı vurğulayıb ki, 44 günlük müharibədə canlarını fəda edən şəhidlərin sayəsində bu gün biz bütün dünyada mənliymizi sübut edə bilirik və dünya xalqları arasında seçilən xalqlardan biriyik. Professor qələbəmizin türk birliyi var olduqca davam edəcəyinə əminliyini ifadə edib.


Gündəlikdəki ikinci məsələ AMEA Folklor İnstitutunda vakant baş, aparıcı və böyük elmi işçi vəzifələrini tutmaq üçün müsabiqənin nəticələri barədə olub. Bu barədə İnstitutun elmi katibi, fil.ü.f.d.,dos. Elçin Abbasov məlumat verib. O bildirib ki, sözügedən məsələ ilə bağlı fil.ü.f.d.,dos. Əliyev Oruc Söhrab oğlu Azsaylı xalqların folkloru şöbəsinin müdiri vəzifəsinə, Türk xalqları folkloru şöbəsindən fil.e.d., prof. Hüseynova Almaz Həsən qızı və Mərasim folkloru şöbəsindən fil.e.d. Həkimova Nübar Mürsəl qızı baş elmi işçi, Dədə Qorqud şöbəsindən Kərimova Xuraman Daşdəmir qızı, Cənubi Azərbaycan folkloru şöbəsindən fil.ü.f.d.Məhərrəmli Qiymət Məmmədiyyə qızı, Mifologiya şöbəsindən fil.ü.f.d., dos. İmaməliyev Elçin Qalib oğlu və Azsaylı xalqların folkloru şöbəsindən Həsənov Seyfəli Həsən oğlu aparıcı elmi işçi vəzifəsinə, Folklor və yazılı ədəbiyyat şöbəsindən fil.ü.f.d. Məmmədova Şəbnəm Nizami qızı və Mərasim folkloru şöbəsindən Məmmədova Xəzangül Güləmi qızı böyük elmi işçi vəzifəsinə sənəd veriblər.
Gizli səsvermə nəticəsində adı cəkilən əməkdaşlar iddia etdikləri vəzifələrə seçilmiş hesab ediliblər.

 
ELMİ İSTİQAMƏT
Dissertasiya Şurası
Araşdırmalar
İnnovasiya
Avtoreferatlar
Qanunvericilik
Simpoziumlar
 
LAYİHƏLƏR
Azərbaycan Folklor Antologiyası
Azərbaycan Folklor Külliyyatı
Güney Azərbaycan folkloru
Qərbi Azərbaycan folkloru
Qarabağ folkloru
Qarabağ savaşı
   
Video
Arxiv
Saytın xəritəsi
Bizimlə əlaqə
   
 
LİNKLƏR

Muxtar Kazımoğlu






 
           SAYTDA  AXTAR
 
        © Azərbaycan Milli Elmlər Akademiyası
         FOLKLOR  İNSTİTUTU

Bütün hüquqlar qorunur. Yazılardan istifadə edərkən sayta istinad olunmalıdır. 2008.